Icma.az
close
up
RU
Mirzoyanın yanlış təfsirçiliyi

Mirzoyanın yanlış təfsirçiliyi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Erməni nazir indi də Azərbaycan Konstitusiyasının şərhinə girişib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mətbuatına müsahibəsində Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanması prosesi barədə danışıb. O, yenə də əvvəlki fikirlərini təkrarlayıb.

Əvvəlcə ölkəsinin əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının olması barədə danışan Mirzoyan məsələyə hüquqi şərh verməyə çalışıb. İddia edib ki, bu məsələ ciddi problem yaratmır: “Azərbaycanlı tərəfdaşlarımız daim Ermənistan konstitusiyasına istinad edirlər. Onlar konstitusiyamıza dəyişiklik tələb edirlər. Deyirlər ki, konstitusiyamızda, onun preambulasında bizim Müstəqillik bəyannaməsinə istinad var ki, bu da doğrudur. Onların dediyinə görə, bizim onlara ərazi iddiamız var. Bu, o qədər də doğru deyil, çünki konstitusiyada Müstəqillik bəyannaməsinin yalnız həmin hissələri hüquqi qüvvəyə malikdir. Üstəlik, imzalamaq üzrə olduğumuz sazişdə də bu məsələyə toxunulur. Beləliklə, vəziyyəti tam başa düşmək üçün burada daha ətraflı məlumat verməliyəm”.

Erməni nazir iddia edib ki, sülh sazişinə əsasən, tərəflər Sovet İttifaqının dağılması zamanı müttəfiq respublikalar kimi ölkələrimiz arasında mövcud olmuş və sonradan beynəlxalq səviyyədə tanınmış sərhədlərə çevrilmiş sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyırlar: “Həmin müddəa Azərbaycan tərəfinin narahatlığını tamamilə aradan qaldırır ki, bu da özlüyündə sazişin mətni üzrə razılığa gəlməyə imkan verir. Eyni zamanda, bu, bizim ideyalarımıza tamamilə uyğundur”.

Daha sonra uzun-uzadı təfsirçilik edən nazir əks-arqument gətirməyə çalışıb: “Bu arada bizim də Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqlarımız var. İcazə verin, bir daha izah edim. Bu, sadəcə, güzgü effekti ilə irəli sürülən iddia deyil. Onların Konstitusiyasında İstiqlal Bəyannaməsinə (Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi nəzərdə tutulur – S.H.) istinad var. Beləliklə, onlar öz İstiqlal bəyannamələrində müasir Azərbaycan Respublikasının Sovet Azərbaycanının deyil, ondan əvvəl mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edirlər. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan Respublikasından daha geniş ərazilər üzərində öz suverenliyini elan edib. Onun tərkibinə müasir Ermənistanın suveren ərazilərinin 60 faizdən çox hissəsi daxil idi. O zaman bizim də öz narahatlığımız olduğunu görürük, amma niyə bu məsələni daim gündəmə gətirmirik? Ona görə ki, biz bayaq dediyim kimi, öz konstitusiyamızın nümunəsində olduğu kimi görürük ki, həll yolu sülh müqaviləsindədir. Biz onu imzalayıb problemi həll edirik”.

Qeyd edək ki, A.Mirzoyan bu fikirlərini aprelin 11-13-də keçrilən IV Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində də dilə gətirmişdi. Erməni nazir sanki minnət qoyaraq, oxşar konstitusiya iddialarının Ermənistan tərəfindən də Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını bildirmişdi.

Mirzoyana cavab verən Xarici işlər naziri Ceyhun Bayramov isə demişdi ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı, rəsmi İrəvan mütləq bu məsələni qaldırardı.

C.Bayramov vurğulamışdı ki, konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh sazişinin imzalanması məntiqsizdir. Onun sözlərinə görə, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanununa zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan da ötən il avqustun 31-də keçirdiyi mətbuat konfransında oxşar tezislərlə çıxış etmişdi. Demişdi ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı “ərazi iddiaları” var: “Lakin İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır, çünki saziş layihəsində tərəflərin razılaşmanı yerinə yetirməmək üçün öz daxili qanunlarına istinad edə bilməyəcəyi barədə bənd artıq var”.

Beləliklə, həm Mirzoyanın, həm də Paşinyanın açıqlamalarından aydın görünür ki, Ermənistan tərəfi oxşar iddialarla çıxış etməyə, bu məsələni yavaş-yavaş gündəmə gətirməyə çalışır. Qarşı tərəfin növbəti dəfə Azərbaycan–Ermənistan normallaşma prosesi, eləcə də bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən belə yanaşması etiraz doğurur. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə fikir tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan konstitusiyası arasında paralellik və bərabərlik aparmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi yanaşma olduğunu hər kəs bilir. Hayastanın əsas qanunundan fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bunu danmaq mümkün deyil. Bu məsələ Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir. Elə məhz bu kimi fikirlərin səsləndirilməsi Ermənistan konstitusiyasına dəyişikliyin sülh sazişinin imzalanmasından öncə baş verdiyinin zərurət olduğunu bir daha vurğulayır.

Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, hərbi-siyasi ekspert

– Ermənistan rəsmiləri son zamanlar hüquqi əsası olmayan bəyanatlarla çıxış edərək 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının ikinci maddəsində əksini tapan “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” ifadəsini Ermənistana qarşı dolayı ərazi iddiasının irəli sürülməsi kimi təsnifatlandırırlar. Qeyd edim ki, Ermənistan tərəfindən səslənən bu cür iddialar ilk növbədə tərəflərin, guya, eyni məsuliyyəti daşıdığını göstərmək cəhdidir və bu bəyanatların hüquqi baxımdan heç bir əsası yoxdur. Çünki Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycanın əsas qanununda digər ölkələrin ərazilərinə heç bir iddia yoxdur. Azərbaycanın arqumentləri yalnız xalqın müstəqillik hüququ ilə bağlıdır. Bu məsələdə ölkəmizin mövqeyi aydın və birmənalıdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan heç vaxt hər hansı ölkəyə qarşı ərazi iddialarını öz xarici siyasətinin əsası kimi istifadə etməyib. Ölkəmizin rəsmi sənədləri və bəyanatları hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenliyin bərpasına yönəlib. Digər dövlətlərin ərazilərinə dair heç bir istinada yer verilməyib. Buna baxmayaraq, Ermənistan rəsmiləri Azərbaycan Respublikasının varisliyi məsələsini Hayastana ərazi iddiası kimi qələmə verməyə çalışırlar. Ermənistan nümayəndələri bu məsələni sülh müqaviləsinin şərti kimi irəli sürməsələr də, bu cür ritorikanın dövri olaraq ictimai sferada səsləndirilməsi beynəlxalq auditoriya üçün reallığı təhrif edir.

Ümumiyyətlə, bu cür bəyanatlar səsləndirilməzdən əvvəl beynəlxalq hüququn normalarına müraciət olunmalıdır. Məlumat üçün qeyd edim ki, dövlətlərin varisliyi məsələsində nəzərə alınmalı bir neçə əsas konsepsiya mövcuddur.

Bunlardan biri yeni müstəqil dövlət konsepsiyasıdır. Bu konsepsiya varis dövlətin ərazisinin birbaşa sələf dövlətin ərazisi olduğu hallara aiddir. Azərbaycan nümunəsində isə 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilərkən Azərbaycan SSR-nin ərazisi əsas götürülmüşdür. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi əsas götürülməmişdir. Bu da o deməkdir ki, varislik məsələsi yalnız dövlətçiliyin bərpasının tarixi və simvolik legitimliyini ifadə edir. Müasir sərhədlərə yenidən baxmaq məqsədi daşımır. Yəni Azərbaycan bununla qonşularına qarşı heç bir iddia irəli sürməyib. Sadəcə olaraq, SSRİ çərçivəsində və 1991-ci ildən sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüquqi və tarixi sərhədləri daxilində suverenliyini bərpa etdiyini təsdiqləyib.

Üstəlik, beynəlxalq praktikada da göstərilir ki, tarixi varislik ərazi iddiaları ilə eyniləşdirilə bilməz. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini “təhlükə kimi” təqdim etmək cəhdi süni və siyasiləşdirilmiş bir yanaşmadır və bu, sülhə nail olmaq üçün deyil, danışıqlar prosesini uzatmaq məqsədini daşıyır. Qeyd etmək lazımdır ki, bu cür ritorika daha çox siyasi manipulyasiya aləti kimi istifadə olunur. Həqiqət isə budur ki, bununla Ermənistan öz konstitusiyasının preambulasında mövcud olan ərazi iddialarını əsaslandırmağa çalışır.

Sonda onu qeyd edim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi siyasi ritorikaya deyil, beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Ermənistan qanunvericiliyində mövcud olan sənədlər onu deməyə əsas verir ki, bu ölkə Azərbaycana qarşı de-yure ərazi iddialarını rəsmiləşdirib və bu, hələ də qalmaqdadır. Qarşılıqlı ərazi iddiaları haqqında bəyanatlar isə iki ölkə arasında yalnız dialoqu çətinləşdirir. Eyni zamanda, danışıqlar prosesinə də mane olur. Zənnimcə, regionda qəti sülhə nail olmaq üçün Ermənistan qanunvericiliyində mövcud olan müəyyən sənədlər ləğv edilməli və ölkənin konstitusiyasının preambulasında ərazi iddiaları ilə bağlı qeydlər dəyişdirilməlidir. Bunlar hamısı beynəlxalq hüquqa və reallığa ziddir. Bütün bunlar aradan qaldırılmalıdır.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see152

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see148

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see141

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see129

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see129

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see124

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see120

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see120

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see119

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see119

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see119

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see119

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see118

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see118

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see118

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see118

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see117

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see117

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see113

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri