Pasiyentə yanlış diaqnoz qoyuldu SN dən reaksiya
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən (RQMM) kənar tibb müəssisələrində aparılan İİV testləri yalnız ilkin skrininq xarakteri daşıyır və şübhəli nəticələr mütləq RQMM-ə yönləndirilməlidir.
Bu barədə Səhiyyə Nazirliyindən “Yaşam” klinikasında İİV-ə yoluxmuş pasiyentə səhv test nəticəsi verməsi ilə bağlı Axar.az-ın sorğusuna cavabda qeyd olunub.
“Tibb işçiləri universal təhlükəsizlik qaydalarına əməl etməli və hər pasiyent potensial İİV, Hepatit B və C daşıyıcısı kimi qəbul olunmalıdır”, - məlumatda bildirilib.
Həmçinin nazirlik İİV-ə yoluxan şəxslərin anonimliyinin qanunla qorunduğunu və bu kimi halların sosial şəbəkələrdə deyil, hüquqi müstəvidə araşdırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayeva İİV xəstəsi olan pasiyentə yanlışlıqla neqativ test nəticəsi verib. Bu isə onu təkrar yoxlayan həkimi də yoluxma riski ilə üz-üzə qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















