Icma.az
close
up
RU
Professor: Həkim birdən birə onlarla pasiyentə baxa bilməz

Professor: Həkim birdən birə onlarla pasiyentə baxa bilməz

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İcbari Tibbi Sığorta uğurludur, amma növbə sistemi ilə sınanır



“Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu İcbari Tibbi Sığorta Sisteminin fəaliyyətini sərt tənqid edib. Naşir sosial media paylaşımında bildirib ki, İcbari sığorta xidmətindən faydalanmaq üçün  yolunu Bakı Sağlamlıq Mərkəzindən salıb: “Orada bildirdilər ki, rentgen xidməti sığorta tərəfindən qarşılanmır. “Yaxşı olar ki, siz Travmatologiya Xəstəxanasına gedəsiniz” 

Travmatologiya xəstəxanasının həyətində və binanın içindəki camaatı görəndə adama elə gəlir ki, ölkədə sınığı və sınan yeri olmayan kimsə yoxdur. Sızıltı, inilti, qışqırıq, əsəb, gərginlik… ən çox da uşaqların ürəkparçalayan fəryadları.

Uzun növbədən sonra birinci mərtəbədə sənə nömrə verirlər. O nömrə ilə şöbə müdirinə gedirsən. Şöbə müdiri həkimin adı və otaq nömrəsi yazılmış bir parça kağız verir. “Amma ikinci mərtəbədəki qeydiyyatdan da nömrə al” – deyir. İkinci mərtəbədə daha da uzun növbə. Nömrə alıb 210-cu otağa gedirik. Qapının ağzında çoxlu adam var. Mən öz nömrəmi deyib soruşuram: “Bu nömrədən əvvəl kim var?” Kimsə kənardan deyir: “O nömrə işləmir, içəridə kim varsa çıxanda bir-bir girəcəyik”.

Bir müddət gözləyirəm, səbrim daralır. Qapını açıb içəri keçirəm. İçəridə üç həkim kefləri kök nəsə danışırlar. Dəhlizdə o qədər pasiyent olduğu halda onlardan heç biri çağırmır.

Həkim bizə rentgen yazdı. Rentgenə də nömrə aldıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb dedi: “20 manat versəniz, sizi növbədənkənar rentgenə sala bilərik”.

Rentgenin cavabı ilə yenidən 210-cu otağa qayıtdıq. Həkimin qanı qaraydı. Dedi: “Müalicə bərpa üçün deyil, çalışmayın, biz sadəcə ağrını kəsə bilirik”. Sonra məsləhət gördü ki, MRT-yə gedək. Bunun üçün 212-ci otaqdan nömrə almalıyıq.

Nəhayət, 212-ci otaq: “Biz bu sənədləri göndəririk təsdiqə, cavab nə vaxt gələr, bilmirik. Yaxşı olar ki, üçdən sonra əlaqə saxlayasınız”. MRT növbəsinin necə olacağı isə artıq başqa bir hekayədir…

Beləliklə, bugünkü icbari sığorta ilə təcrübəmin qısa xülasəsi budur:

Uzun növbələr, yorucu prosedurlar, qeyri-effektiv sistem və insanların əzabı, qısası “gedin ölün!””. 


Professor Adil Qeybulla Sherg.az-a bildirib ki, Azərbaycanda İcbari Tibbi Sığorta bir neçə il öncə tətbiq olunsa da, artıq xeyli uğurlar əldə edilib. Randevu sisteminin qurulmasında müəyyən problemlərin olmasına baxmayaraq, nəticəyə əsasən bir çox vətəndaşımız bundan fayda görür. Xüsusilə də ürək-damar, neyrocərrahi əməliyyatı kimi həm bahalı, həm də mürəkkəb əməliyyatlardan xəstələr pul ödəmədən dövlət hesabına istifadə edirlər:

seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri