Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Pasiyentlər burun əməliyyatından sağ çıxa bilmək üçün öncədən nələr etməlidir? ARAŞDIRMA

Pasiyentlər burun əməliyyatından sağ çıxa bilmək üçün öncədən nələr etməlidir? ARAŞDIRMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rinoplastika (burun əməliyyatı) estetik və ya funksional məqsədlərlə edilən ən geniş yayılmış cərrahiyyə prosedurlarından biridir. Bu əməliyyatla bağlı son günlər baş vermiş bədbəxt hadisələr yenidən təhlükəsizlik məsələlərini gündəmə gətirib. Həm əməliyyata hazırlıq, həm də düzgün həkim seçimi uğurlu nəticələr üçün həlledici rol oynayır. 


Maraqlıdır, əməliyyat öncəsi müayinələr və həkim seçimi zamanı diqqət edilməli məqamlar hansılardır?


Sfera.az bildirir ki, burun əməliyyatından əvvəl pasiyentin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilməli, hər hansı risk faktoru müəyyən edilməlidir. 
Bu mərhələdə müxtəlif analizlər və müayinələr həyata keçirilir.


Vacib analizlər və testlərdən biri ümumi qan analizidir. Hemoglobin səviyyəsinin aşağı olması anemiya göstəricisi ola bilər və əməliyyatda bədbəxt hadisələrin baş verməsi riskini artırır. Bundan başqa, leykositlər infeksiya və iltihabın olub-olmamasını müəyyən edir. Trombositlər isə qan laxtalanmasının normal vəziyyətdə olub-olmadığını göstərir. Qanın laxtalanma testləri qanın normal laxtalanma qabiliyyətini yoxlamaq üçün edilir. Əgər nəticələr anormallıq göstərərsə, qanaxma riski artır. Hepatit B və C, həmçinin HIV testləri əməliyyat zamanı infeksiya riskini qiymətləndirmək üçün aparılır


"EKQ" (Elektrokardioqram) pasiyentin ürək funksiyasını yoxlamaq üçün edilir. Ürək-damar problemləri aşkar edilərsə, əməliyyat zamanı xüsusi tədbirlər görülməlidir.
Həmçinin şəxsin qan şəkəri və elektrolitləri yoxlanılmalıdır. Diabet və elektrolit balanssızlığı olan pasiyentlərdə bu problemlər əvvəlcədən idarə edilməlidir.
Kompüter tomoqrafiyası (KT) müayinəsi burun anatomiyasını dəqiq analiz etmək və əməliyyatın planlaşdırılmasını asanlaşdırmaq üçün əvəzsizdir. KT tənəffüs çətinliyi və ya sinus problemləri varsa, əvvəlki burun travmaları və ya əməliyyatlar olubsa, burun strukturlarında (septum deviasiyası, sümük və qığırdaq anormallıqları) problemlər mövcuddursa, xüsusilə vacibdir.


"KT" olmadan da əməliyyat mümkündür, lakin bu müayinə həkimə daha dəqiq planlama üçün kömək edir və əməliyyatın uğur şansını artırır.


Həkim seçimi rinoplastikanın nəticələrinə birbaşa təsir edir. Pasiyentlər həkim seçərkən bir neçə məqama diqqət yetirməlidir. Həkim rinoplastika üzrə xüsusi təhsil və təcrübəyə malik olmalıdır. Uzun illər bu sahədə çalışan və ildə bir neçə rinoplastika əməliyyatı icra edən həkimlər daha çox etibarlıdır. Həkimin əvvəlki pasiyentlərinin "öncə və sonra" şəkillərini nəzərdən keçirmək məsləhətdir. Estetik və funksional nəticələrə diqqət yetirmək lazımdır. Şəkillər burun formasının üzlə necə uyğunlaşdığını da göstərməlidir. Sosial şəbəkələrdə və forumlarda həkim haqqında real təcrübələri araşdırmaq, həkimi tanıyan insanlardan tövsiyələr almaq, digər pasiyentlərin həkim haqqında rəylərini oxumaq da faydalı ola bilər.


Həkim real olmayan vədlərdən çəkinməli və əməliyyatın mümkün nəticələri barədə dürüst məlumat verməlidir. Klinikada istifadə edilən avadanlıqların müasir və təhlükəsiz olduğuna əmin olun. Klinikada steril şəraitin, təcili yardım avadanlıqlarının və anesteziya xidmətlərinin mövcudluğunu, həkimin və klinikanın lisenziyası və akkreditasiyasını yoxlayın. 


Nəticədə, burun əməliyyatına hazırlıq və düzgün həkim seçimi uğurlu nəticələr üçün vacibdir. Pasiyentin sağlamlıq vəziyyəti ətraflı qiymətləndirilməli, müvafiq müayinələr edilməli və əməliyyatın planlaşdırılması üçün lazımi tədbirlər görülməlidir. Həkim seçimi zamanı isə təcrübə, pasiyent rəyləri, klinikanın şəraiti və ilkin məsləhətləşmələr diqqətlə nəzərdən keçirilməlidir. Əməliyyatdan öncə bu məsələləri düzgün qiymətləndirmək uğurlu və təhlükəsiz rinoplastika üçün əsas şərtlərdən biridir.


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri