Icma.az
close
up
RU
“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” “Qanpulu işi”

“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” “Qanpulu işi”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi 1 ilə yaxındır ki, davam edir.

Hurriyyet.az xəbər verir ki, keçirilən prosesdə zərərçəkmiş şəxslərin vəsatətləri əsasında mobil operatorlara təqsirləndirilən şəxslərin səsyazılarının, mesajların alınması barədə verilən sorğunun cavabı gəldiyi elan olunub.

Hakim deyib ki, həmin səsyazıları, mesajlar olan disklər məhkəmədədir:

"Tərəflərdən kim istəsə, gəlib tanış ola bilər. Məhkəmə həmin telefon danışıqlarını, səsyazılarını sənədlərin tədqiqi mərhələsində səsləndirəcəyik".

Şahid qismində Füzuli Rəhimov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyıb, Nuridə Seyidovanın sürücüsü olub:

"700 manat əməkhaqqı təklif etdilər. Əvvəlki iş yerimdə 420 manat alırdım. Buna görə razılaşdım, işə çıxdım. Məni sürücü kimi işə götürdülər. Nuridə xanım dedi ki, işin uşağı məktəbə aparmaq olacaq. Mən də onun uşağını məktəbə və hazırlıq kurslarına aparmışam. Mən Nuridə xanımın yanına Aynur xanımın vasitəsi ilə işə düzləmişəm. Aynur xanım bu işi həyat yoldaşıma deyib".

Hakim deyib ki, təqsirləndirilən şəxslərin iş yerləri harda olub, nə işlə məşğul olublar, pul alış-verişində nə rolun olub - bu barədə danış.

Şahid isə qeyd edib ki, onun pul alışında rolu olmayıb.

"Sənə topa ilə pul veriblər, onlar aparıb valyutaya dəyişmisən, bu barədə danış" - deyə hakim müraciət edib.

Şahid qeyd edib ki, bir neçə dəfə verilən pulu bankda xarici valyutaya çevirib. Əlavə edib ki, təqsirləndirilən şəxslərin yanında 5 ay işləyib.

Vəkillərin suallarını cavablandıran şahid deyib ki, iki dəfə pul götürüb, həmin pulların nə olduğunu bilməyib. Həmin pulu da gətirərək təqsirləndirilən şəxslərə veriblər.

Təqsirləndirilən Aysel Məmmədova bildirib ki, 7500 manat zərərçəkmiş Lamiyənin, 23 min isə Kamil Əhmədovun olub.

Nuridə Seyidova deyib ki, bu məbləğlərdə verilən pulların alınması yadında qalmayıb:

"Füzuli müəllim mənə pul gətirib. Amma yadımda qalmayıb. Mənə verilən pulları saymışam. Amma bu məbləğlər yadımda deyil".

Füzuli Rəhimov bildirib ki, o, ofisdə olmayıb, maşında olub:

"İçəridə nə baş verib, nə iş görüblər. Mənim bundan xəbərim olmayıb".

Kamil Əhmədov deyib ki, gömrük hospitalının həyətində pulu iki nəfər alıb, sayaraq götürüb:

"Mircəlal həkim dedi ki, get Aysel müəllimin yanına, pulu ona ver. Mən də Ayselə verdim".

Aysel Məmmədova isə bildirib ki, Kamil Əhmədovdan 23 min manatı alınaraq sayıb və həmin pulu Nuridə Seyidovaya çatdırılması üçün Füzuli Rəhimova verib.

Nuridə Seyidova isə deyib ki, alınan pulları klinikalara köçürüblər. Onun sözlərinə görə, gömrük hospitalına, mərkəzi klinika və xarici klinikalara köçürüblər, bununla bağlı əlində qəbzlər var.

Hakim deyib ki, Kamil Əhmədovun həyat yoldaşı xəstə olub, onun pulunu niyə başqa xəstə üçün köçürübsüz?

Nuridə Seyidova bildirib ki, Kamil Əhmədovun növbəsinə vaxt olduğu üçün digər xəstələrin müalicəsinə yönlədiblər.

Daha sonra şahid qismində ifadə verən Toğrul Kərimov deyib ki, şirkətdə kompüter və mühasibatlıq işində, Nuridə Seyidovanın köməkçisi işləyib:

"Nuridə xanım işə çağırdı. Mən də "Çinar" Plazada olan ofisə gəldim. Soruşdum ki, işim nə olacaq? Dedi ki, sənəd işləri ilə məşğul olasan. Bir qədər sonra Nuridə mənə dedi ki, xarici pasportun var? Dedim ki, yoxdur. Sonra ASAN xidmətdən pasport aldım. Bundan sonra Türkiyəyə getdim. Ora apardığım pulu bir nəfər gələrək götürdü".

Şahid qeyd edib ki, 400 manat maaş alıb, vergi işlərini kimin görməsindən xəbəri olmayıb.

Hakimin "yüz minlərlə pul gətirdi, sən də orda mühasibatlıq işini görmüsən, nə edirsən pulları" sualına şahid belə cavab verib:

"Mən bütün pulları Nuridə Seyidovaya vermişəm. Pulları nə ediblər, bundan xəbərim olmayıb. Mən pul görməmişəm. Mənim işim sənədləşmə aparmaq olub".

Hakim Azad Məcidov deyib ki, alınan pulların hesabatı verilməyib:

"Vergiyə heç bir sənəd verilməyib. Pulu kassaya qoyub sənədləşmə aparmaq əvəzinə aparıb Nuridə Seyidovaya vermisən. Nuridə Seyidova da deyir ki, mənə pul tam çatmayıb, arada bölünüb. Burada yüz minlərlə məbləğdən söhbət gedir. Alınan pulların 18 faiz vergi ödənilməsi olmalı idi. Dövlətə 1 manat da olsun vergi ödənişi olmayıb. Xəstələrə də pullar xərclənməyib.

Şahid pullara görə məsuliyyətə cəlb oluna bilərdi. Sən bəlkə də fiziki məhdudiyyətli şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Mən müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan, həm də dollar şəklində almısan. Bunun özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır və iş onunla görülməlidir. Nuridə də deyir ki, pulu ona verməmisən.

Kassaya da daxil etməmisən. Ümumiyyətlə, dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir".

Şahid bildirib ki, işçi kimi Nuridə Seyidovaya tabe olub:

"Mənə də maaşı Nuridə xanım verib. Aysel Məmmədova və Aynur Bayramova da orada həkim kimi işləyiblər. Onlar mənə heç bir göstəriş verməyib. Onlar da xəstələri qəbul ediblər. Onlar qəbul etdikləri pulları mənə versələr də, bütün pulları Nuridə xanıma vermişəm. Mən pulları sayıb Nuridə xanıma çatdıranda onun kiməsə pul verməsini görməmişəm.

Ölkə xaricinə Nuridə xanımın göstərişi ilə pullar göndərmişəm. Amma nə qədər pul yadımda qalmayıb. Mənim kartıma da pullar gəlib. Nuridə xanım deyib ki, filankəs pul göndərib, get onu çıxart gətir. Deyirdi ki, heç bir problem yoxdur. Müdir mənə nə deyib, mən də onu etmişəm. Pulları çekləri ilə birlikə gətirərək Nuridə xanıma vermişəm. Belə pulların gətirilməsi çox olub. Bundan başqa, Nuridə xanımın göstərişi ilə şirkətin ünvanını dəqiq tanımayan pasiyentləri qarşılayıb ofisə gətirmişəm".

Nuridə Seyidovanın suallarına cavab verən şahid deyib ki, ofisdə Aynur Bayramova və Aysel Məmmədovaya pul verməsinin şahidi olub:

"Amma nə qədər pul verdini deyə bilmərəm. Mən pulu saymışam, stolun üstünə qoymuşam. Aysel də, Aynur da pul verib, mən də pulu sayaraq götürmüşəm. Həmin pulları da Nuridə xanım götürüb. Nuridə xanım ayda bir-iki dəfə Aynura, Ayselə pul verib. Amma bunun şahidi olmamışam. Onların arasında pul bölgüsünü söhbətlər əsasında eşitmişəm. Amma görməmişəm. Onlar üçü otaqda oturub söhbətlər aparıblar. Amma mən həmin söhbətlərdə iştirak etməmişəm".

Şahid qeyd edib ki, birinci ofisdə pulları özləri sayıblar:

"Lakin ikinci ofisə keçəndən sonra pul sayan maşın alındı. Bundan sonra pasiyentlərdən alınan pulları maşında sayırdılar".

Daha sonra Toğrul Kərimova belə az məbləğdə Nuridə Seyidovanın yanında işləməsi barədə suallar verilib.

Bildirib ki, Nuridə Seyidova ona boynunun əyriliyinin düzəldilməsi ilə bağlı müalicəsinə köməklik göstərəcəyinə söz verib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər.

Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses aprelin 2-də davam etdiriləcək.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb

25 Mart 2025 18:50see331

Avstraliyada 15 milyon illik balıq qalıqları tapıldı

24 Mart 2025 05:01see134

Bakı sakini: “Plastik əməliyyatdan sonra hamısının burnu və dodaqları eynidir VİDEO

24 Mart 2025 07:45see119

ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU Rüstəm Umerov detalları açıqladı

25 Mart 2025 21:01see119

Qorxulu yuxuları həkimə danışın

25 Mart 2025 01:01see118

Yoxa çıxan 3 rəfiqənin müəmmalı MESAJLARI VƏ ŞƏKİLLƏRİ

24 Mart 2025 12:14see116

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb: Umerov detalları açıqlayıb

24 Mart 2025 08:12see115

Tehranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi...

24 Mart 2025 18:25see114

“Səs Uşaqlar”dan “O Səs Türkiyə”yə... VİDEO

24 Mart 2025 17:43see113

Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25 Mart 2025 11:34see112

Əməkdar artistin 4 milyona tikdirdiyi villasından GÖRÜNTÜLƏR

25 Mart 2025 12:13see112

Gəncə sakini evinin eyvanında özünü asıb

25 Mart 2025 11:47see112

Smartfonu dəyişmək üçün ən optimal müddət

25 Mart 2025 06:24see112

Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

24 Mart 2025 15:54see111

İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

24 Mart 2025 17:56see111

Real 600 milyon avrodan çox gəlir əldə etdi

25 Mart 2025 10:39see110

Amerikalı UFC çempionu 5 il müddətinə azadlıqdan məhrum edilib

25 Mart 2025 13:13see109

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

25 Mart 2025 19:50see108

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ

25 Mart 2025 20:13see107

Uşaq evinin sakinləri Neftçi nin qonağı oldular

25 Mart 2025 21:41see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri