Icma.az
close
up
RU
“Qanpulu işi”ndə müttəhimlərə hökm oxunacaq

“Qanpulu işi”ndə müttəhimlərə hökm oxunacaq

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Cebheinfo.az"  Musavat.com-a istinadən xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var.

Qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Aylardır ki, davam edən bu qalmaqallı məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Bu gün müttəhimlərə hökm oxuna bilər.

Ötən prosesdə zərərçəkmiş Mənsur Qarayev təqsirləndirilənlər Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat məbləğində mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi ilə baş tutub.

Bu mərhələdə təqsirləndirilən şəxslər Aysel Məmmədova və Nuridə Seyidova arasında aparılan telefon danışıqları dinlənilib. Telefon danışıqlarının dinlənilməsi zamanı Nuridə Seyidova Aysel Məmmədovaya istintaqa çağırılanda məhdud məlumat verməyi təklif edib.

Telefon danışıqlarına münasibət bildirən Nuridə Seyidova deyib ki, məqsədi dələduzluq etmək olmayıb. O vurğulayıb ki, xəstə uşaqların əməliyyatı üçün fond yaratmaq istəyiblər.

Hakim Şəlalə Həsənova Nuridə Seyidovaya sual verib:

"Sizin ümümiyyətlə məqsədiniz nə idi? Bir xəstənin pulunu başqa bir xəstənin əməliyyatına sərf etməklə nəyə nail olmaq istəyirdiniz? Halbuki bu sahədə fəaliyyət göstərən çoxsaylı ictimai birliklər var. Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq istəyirdiniz? Tağıyevin neft mədənləri vardı, buna görə də sərvətinin bir hissəsini xeyriyyə işlərinə sərf edirdi. Bəs sizin hansı imkanlarınız vardı?"

Bundan sonra hakim zərərçəkəni təmkinli olmağa çağırıb və məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aysel Məmmədovanın 8 il, Aynur Bayramovanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər.

Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbirli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri