Pasxa bitdi, bombardmanlar yenə başladı Rusiya yenə dinc şəhərləri bombalayıb
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski “Pasxa atəşkəsi”nin davam etdirilməsini təklif etsə də, Kreml bundan imtina edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Pasxa bitən kimi, zatən atəşkəsə tam riayət etməyən Rusiya tərəfi bombardmanları daha da şiddətləndirib.
Rusiyanın 19 aprel 2025-ci il saat 18:00-dan 21 aprel 2025-ci il saat 00:00-a qədər elan etdiyi saxta “Pasxa atəşkəsi” başa çatdıqdan sonra, aprelin 21-nə keçən gecə Ukraynanın bir sıra şəhərlərinə ballistik raket və PUA hücumları yenidən başlayıb. Partlayışlar Çerkassı, Dnepropetrovsk, Poltava, Odessa, Kiyev, Nikolayev, Xarkov və Sumi vilayətlərində qeydə alınıb. Çerniqov, Sumı, Xarkov, Zaporojya və Dnepropetrovsk vilayətlərində hava hücumu siqnalları elan edilib, Kiyev vilayətində isə yerli administrasiyanın məlumatına görə, hava hücumundan müdafiə aktiv şəkildə hücumları dəf etməli olub. Nikolayev meri də şəhərdə partlayışlar olduğunu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri PUA-ların bir neçə regionda hərəkətini, həmçinin sərhədyanı Sumı və Xarkov rayonlarında raket zərbələrini və idarə edilən bombalardan istifadə olunmasını qeyd edib.
Rusiya tərəfi qeyd edir ki, aprelin 21-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələri Sumı və Xarkov vilayətlərində, həmçinin Konstantinovka, Kramatorsk və İvanpilyadakı hədəflərə idarə olunan hava bombalarla zərbələr endirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















