Icma.az
close
up
RU
Müharibə bitir: Rusiya hansı şəhərləri Ukraynaya qaytaracaq?

Müharibə bitir: Rusiya hansı şəhərləri Ukraynaya qaytaracaq?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Globalinfo.az Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovla müsahibəni təqdim edir:

– Elmar bəy, 2 ildən çoxdur Ukrayna və Rusiya arasında müharibə gedir. Hər iki tərəf əks hücumla müəyyən vaxtlarda üstünlük əldə edə bilib. Hazırda Ukraynada son vəziyyət necədir?

– Təxminən 2 il dünyanın, eləcə də ABŞ-ın dəstəyi Ukraynanın xeyrinə idisə, yeni Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra avantaj Rusiyanın tərəfinə keçdi. Tramp sələfi Co Bayden administrasiyasından fərqli olaraq Rusiyanın yanında mövqe tutmaqla eks-prezidentin xərclədiyi milyonların qarşılığında Ukraynanın yeraltı və yerüstü sərvətlərini tələb etdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu riskli təklifə razılaşmayaraq Aİ-dən asılı qaldığı üçün zəiflədi, aldığı əksər mövqeləri tərk etməyə məcbur qaldı. Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında martın 26-da keçirilən Paris görüşü də nəticəsiz qaldı. Bu səbəbdən Ukraynanın məğlubiyyətdən başqa variantı qalmayıb. Tək alternativ isə ABŞ-ın şərtlərinə boyun əyməkdir. Ukraynanın mübarizə ruhlu ölkə olduğunu nəzərə alaraq şərtləri sona qədər qəbul etməməyini də mümkün hesab etsək, qarşıdakı aylarda bizi maraqlı proseslər gözləyir.

– ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Hazırkı vəziyyətdə bu, mümkün görünürmü?

– Rəsmi Kiyevin Avropa İttifaqı və əsasən də Böyük Britaniya kimi dəstəkçisi olduğu halda Ukraynanın müharibəni davam etdirmək perspektivini çox az hesab etmək olar. Çünki hər nə qədər Aİ tərkibində güclü dövlətlər olsa da, bütövlükdə bu ittifaq ABŞ-dan asılıdır. Bildiyiniz kimi, Aİ ölkələri təşkilata illik xərclər üçün nəzərdə tutulmuş milyonlarla dollar dəyərində ölçülən ödənişlər edirlər və bunun ən çoxu məhz ABŞ tərəfindən qarşılanır. ABŞ Avropa İttifaqına etdiyi illik ödəmədən əlini çəkərsə, qurumun gücü nəinki azalar, ləğv məcburiyyətində də qala bilər. Ona görə hər nə qədər də Aİ Ukraynaya yardımlarına davam edəcəyini bildirsə də, özləri də ABŞ-dan asılıdırlar və onun siyasi tələblərini gec-tez yerinə yetirmək məcburiyyətində qala bilərlər. Bu da müharibənin Rusiya xeyrinə sonu ola bilər.

– Ümumiyyətlə, Ukrayna hansısa əraziləri Rusiyaya güzəştə gedə bilərmi?

– Rusiya Ukraynanın 20% torpağını işğal edib. Sülh müqaviləsi bağlanması halında bizi maraqlandıran sual Ukraynanın hansı əraziləri güzəştə gedəcəyi deyil, Rusiyanın işğal etdiyi hansı şəhərləri geri verəcəyidir. Çünki sülh razılaşması şərtlərində kartlar Ukraynanın deyil, Rusiyanın əlindədir.

Elmar Məmmədov

– Azərbaycan bölgədə və dünyada sülhün tərəfdarı olan ölkələrdəndir. Sözügedən müharibə fonunda hər iki ölkə ilə münasibətlər hansı səviyyədə inkişaf edir?

– Azərbaycan dünyanın bütün ölkələri ilə yalnız maraqları, sərhədləri çərçivəsində siyasət apardığı üçün müharibənin gedişatına təsir göstərəcək hər hansı addım atmır. Rəsmi Bakı köməyə ehtiyacı olan hər ölkəyə olduğu kimi Ukraynaya da humanitar yardımlar etməyə davam edəcək. Rusiya isə ölkəmizin vacib müttəfiqlərindən biridir. Biz ölkəmizin maraqlarından kənara çıxmamalıyıq, deyə düşünürəm.

– Azərbaycan və Türkiyə müharibənin danışıqlar yolu ilə həllini tapması istiqamətində vasitəçi ölkə ola bilərlərmi?

– Azərbaycan hər zaman bölgədə və dünyada sülhün, əmin-amanlığın qorunması tərəfindən ciddi addımlar atır. Prezident İlham Əliyev nəyi nə vaxt və necə edəcəyini çox gözəl bilir. Türkiyə isə regionda güclü dövlətlərdən biridir və Prezident Rəcəb Tayyib Ərdoğan sülhün əldə edilməsi, müharibənin bitməsi üçün dəfələrlə Zelenski ilə görüşlər keçirərək, bölgədə sabitliyə nail olmağa çalışır. Qarşıdakı müddətdə fərqli hadisələrin şahidi olacağımız istisna deyil.

– Son olaraq, proseslərlə bağlı əlavə etmək istədiyiniz hər hansı nüans varmı?

– 2 ildən çoxdur davam edən bu müharibə, ümid edirəm, yaxın zamanda bitər və daimi sabitlik bölgəyə geri qayıdar. Biz uzun illər torpaqlarımız uğrunda saysız-hesabsız şəhidlər vermiş xalq kimi hər iki dövləti yaxşı başa düşürük və müharibənin yaxşı tərəfinin olmadığını bilirik. Ona görə də, ümid edirəm, müharibənin son çağlarını yaşamaqdayıq.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri