“Patriot” kompleksləri üçün raketlər artıq Ukraynaya çatdırılır”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Patriot” zenit-raket kompleksləri üçün raketlər artıq Ukraynaya çatdırılır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin Ukraynaya silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, raket kompleksləri Almaniyadan Ukraynaya göndərilir.
Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin indiyə qədər etdiyi hərəkətlərin sözləri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, Ukraynadakı müharibəni bitirmək istəyir.
"Kreml rəhbəri tez-tez sülh istədiyini deyir. Məncə də o sülh istəyir və ümid edirəm ki, o müharibəni bitirəcək, biz bunu tezliklə öyrənəcəyik", - deyə Amerika Prezidenti əlavə edib.
Tramp sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya tətbiq olunacaq sanksiyaların təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin qeyd edib ki, sanskiyalar çox güclü olacaq.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















