Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Patriot” Ukraynanı xilas edəcək?

“Patriot” Ukraynanı xilas edəcək?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ukraynaya yeni “Patriot” hava hücumundan müdafiə sistemləri verilib. Qeyd edək ki, NATO-nun aş katibi Mark Rute aprelin 15-də Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, NATO Ukraynanı daha effektli silahlarla təmin etməyi planlaşdırır. O qeyd edib ki, Ukraynaya tezliklə əlavə “Patriot” sistemləri veriləcək. “NATO-nun Vaşinqtonda keçirilən sammitində dövlətlər Ukraynanı “Patriot” sistemləri ilə təchiz etməyi öhdələrinə götürüblər. Bu, bir az vaxt aparıb. Xoşbəxtlikdən, onların əksəriyyəti artıq çatdırılıb və ya yaxın vaxtlarda çatdırılacaq”, - deyə baş katib vurğulayıb.  Prezident Volodimir Zelenski də Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib - o, “CBS News” telekanalına müsahibəsində deyib ki, Ukrayna avropalı tərəfdaşların hesabına 15 milyard dollar dəyərində ABŞ-dan 10 ədəd “Patriot” zenit-raket kompleksini, eləcə də müxtəlif silahlar almaq niyyətindədir: “Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur. Bizə lazım olan yeni silahlarla bağlı paketi Birləşmiş Ştatlara təqdim etmişik. Bu paketi almağa hazırıq. Biz müvafiq paketləri bizimlə birlikdə maliyyələşdirməyə hazır olan avropalı tərəfdaşlarla müzakirə etmişik”, - deyə Zelenski əlavə edib.

Ukrayna öz “Patriot”-nu yaradır?

Ukrayna KİV-nin məlumatına görə, rəsmi Kiyev strateji səviyyəli hava hücumundan müdafiə sistemi hazırlayır və bu layihəyə Avropa ölkələrindən maliyyə dəstəyi istəyir.  XİN rəhbəri Andrey Sibiqa Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bəyan edib ki, Ukrayna artıq milli HHM sisteminin layihələndirilməsi üzərində işləyir və bu təşəbbüsün uğurla baş tutması üçün Avropa dövlətlərini bu proqrama investisiya yatırmağa çağırıb. A.Sibiqa əlavə edib ki, bu sistem nəinki Ukraynanın hava məkanının tam müdafiəsini təmin edəcək, hətta Avropanın kollektiv təhlükəsizliyinə töhfə verə bilər. Eyni zamanda Ukraynanın strateji sənaye naziri German Smetanin yerli KİV-ə brifinqdə qeyd edib ki, “Patriot” hava hücumundan müdafiə sisteminin analoqunu yaratmaq üçün öz layihələri üzərində işlənir. Onun sözlərinə görə, Ukraynanın müdafiə sektoru və hökuməti bu istiqamətdə xarici tərəfdaşlarla danışıqlar aparır.  “Hazırda Ukrayna ərazisində “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik”, -  deyə Smetanin bildirib.

Ukraynaya bugünə nə qədər silah verilib?

Aprelin 12-də Almaniyada “Ramştayn” formatında keçirilən görüşdə NATO ölkələri Ukraynaya “Patriot” raketləri, “Leopard” tankları da daxil olmaqla, daha böyük həcmdə yardım göstərmək barədə razılığa gəliblər. Qərb KİV-nin məlumatında qeyd olunur ki, Böyük Britaniya Ukraynaya 450 milyon funt sterlinq dəyərində yüz minlərlə dron və radiolokasiya sistemləri, Norveç 1 milyard dəyərində müxtəlif silah-sursat və HHM sistemləri, Niderland və Litva 150 milyon və 20 milyon avro dəyərində HHM sistemlərinin gücləndirilməsi üçün texnikalar verməyi planlaşdırır. Bundan əlavə, Almaniya Ukraynaya 4 “IRIS-T” zenit kompleksi, kompleks üçün 300 ədəd raket, 30 “Patriot” raketi, 15 “Leopard” tankı, 25 “Marder” PDM və 100 mərmi, Estoniya isə 10 min artilleriya mərmisi verəcək.

Qeyd etmək lazımdır ki, NATO ölkələri son üç il ərzində Ukraynaya milyardlarla avro dəyərində hərbi dəstək göstərib. Bu müddət ərzində Britaniya və Fransa Ukraynanı “Starstreak” zenit raketləri, “Stormshadow” qanadlı raketləri, “Sezar” özüyeriyən artilleriya qurğuları və tank əlehinə müxtəlif raketlərlə təmin edib. Niderland 2024-ci ilin aprelində Ukraynaya “Patriot” zenit-raket kompleksi üçün radar verib, həmçinin bugünə  400 tank əleyhinə silah da göndərib. İtaliya isə Ukraynaya 2 ədəd “Samp-T” hava hücumundan müdafiə sistemi verib. Almaniyanın Ukraynaya hərbi yardımı daha çox diqqət cəlb edir. “Defence Express” nəşrinin araşdırmasına görə, son üç il ərzində Almaniya Ukrayna ordusunu 18 ədəd “Leopard” 2A6 tankı, 103 ədəd “Leopard” 1A5 tankı, 140 ədəd “Marder” piyadaların döyüş maşını və onun ehtiyat hissələrini, 66 ədəd adı açıqlanmayan zirehli personal daşıyıcısı, 54 ədəd M113, 78 ədəd tırtıllı BV 206 nəqliyyat vasitəsi, 153 ədəd digər zirehli texnika və 277 ədəd hərbi avtomobil ilə təmin edib. Bundan əlavə, 25 ədəd PzH 2000 özüyeriyən silah sistemi, 7 ədəd M109 özüyeriyən artilleriya vasitəsi, 2 ədəd “Zuzana” özüyeriyən silah, 3 ədəd M142 HIMARS raket sistemi, 5 ədəd MARS II raket sistemi, 358 min ədəd 155 mm-lik sursat, 15 min ədəd 120 mm minaatan Ukraynaya çatdırılıb. Almaniya ilə bərabər ABŞ da Ukraynaya xeyli miqdarda hərbi dəstək göstərib - bu dəstək 350 milyard dollar dəyərindədir. Norveç, İsveç, Litva, Estoniya, Latviya, Polşa, Çexiya və İspaniya da Ukraynaya kifayət qədər hərbi dəstək göstəriblər. Amerikalı hərbi ekspert Martin O’Donnell qeyd edib ki, Qərb Ukraynanın əks-hücum əməliyyatı üçün təxminən 600 növ silah verib.

Ukrayna nə qədər ərazi itirib? 

Ukraynanın “DeepState” layihəsinin məlumatına görə, Rusiya 2022-ci ilin fevralından bəri Ukraynanın 68,5 min kv km ərazisini ələ keçirib. Bu da təxminən 11,35 ə bərabərdir.  Krım, Donetsk və Luqansk vilayətlərinin əvvəlki dövrlərdə ələ keçirilən hissələri də nəzərə alındıqda Rusiya Ukraynanın ümumilikdə 18,6  ərazisinə nəzarət edir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatında isə qeyd olunur ki, Rusiya ordusu 2024-cü ilin əvvəlindən Ukraynada təxminən 100 kvadratkilometr irəliləyə bilib. Ukrayna Prezidenti Volodimir Zelenski isə son Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın 2024-cü ildə 4 min kvadratkilometr ərazi itirdiyini deyib. ABŞ analitikləri belə qənaətə gəliblər ki, Rusiya 2014-cü ildən bəri Ukrayna ərazisinin təxminən 20 faizini - 120 min kvadratkilometrini öz nəzarəti altına alıb.

Rusiya və Ukraynanın itkiləri

Ukrayna və Rusiyanın canlı itkilərinə gəlincə, bununla bağlı müxtəlif qeyri-rəsmi rəqəmlər səsləndirilir. “Economist” nəşri məlumat verir ki, Ukrayna bu müharibədə 60 - 100 min arası əsgər, Rusiya isə 140 mindən çox əsgər itirib. “Wall Street Journal” -ın araşdırmasında bildirilir ki, bu müharibədə 80000 Ukrayna, 200000 Rusiya hərbçisi həlak olub, hər iki tərəfin yaralanan hərbiçilərin sayı isə cəmi 800 mindir.  Beynəlxalq “Statistics” agentliyinin son statistik rəqəmlərində müharibə başladıqdan bəri Ukraynada Rusiyanın hücumları nəticəsində 12910 mülki şəxsin həlak olduğu, 30 min 700 nəfərin isə yaralandığı qeyd olunur.

“Patriot” sistemləri Ukrayna üçün faydalı olacaq?

Son zamanlar Rusiyanın Ukraynanın şəhərlərinə dron və raket hücumları intensivləşib. Hücumlar nəticəsində xeyli dinc sakin həlak olub. Sözsüz ki, belə bir halda Ukrayna Rusiyanın raket hücumlarını dəf etmək “Patriot”və ya o hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Məsələ ilə bağlı politoloq Zaur Məmmədov qəzetimizə şərhində bildirib ki, bu sistemlər köməyini göstərə bilər, amma: “Təbii ki, “Patriot” sistemləri Ukraynanın köməyinə çata bilər. Bu sistemlər ilə Rusiyanın raket hücumlarının qarşısını almaq mümkündür. Amma Ukrayna təkcə müdafiə yox, həmçinin hücum xarakterli silahlara da ehtiyac duyur. Hesab edirəm ki, NATO Ukraynanın silahlanmasında hücum xarakterli silahlara üstünlük verməlidir. NATO Ukraynanı müəyyən miqdarda bu silahlar ilə təmin etsə də, ümumilikdə, silahların tədarükünü gecikdirir. Bu da ABŞ-ın indiki administrasiyasının mövqeyindən irəli gəlir. NATO bu məsələdə Vaşinqtonla məsləhətləşmək məcburiyyətindədir. Əgər Ağ Ev razılıq verərsə, NATO Ukrayna ordusunun əks-hücumunu gücləndirmək üçün Kiyevi daha effektli silahlarla təmin edəcək”. Politoloq əlavə edib ki, Rusiya-Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalır: “Ukrayna daha çox silahlarla təmin oluna bilər, ancaq bu müharibənin taleyi Rusiya-ABŞ danışıqlarından asılıdır. Yəni bu müharibənin sona çatmasında Putin və Trampın ortaq məxrəcə gəlməsi daha çox mühüm rol oynayacaq. Rusiya heç bir zaman nəzarətə götürdüyü ərazilərdən geri çəkilməyəcək və Ukraynanın cənub-şərq ərazilərini özünü birləşdirmək niyyətindədir. Moskva ABŞ-la danışıqlar masasında öz şərtlərini diktə etməyə davam edəcək. ABŞ da Ukraynanı güzəştə getməyi məcbur edir. Hazırda görünən budur ki, müharibə yaxın aylarda da davam edəcək. Çünki hər iki tərəf hədəflərinə çatmaq üçün mübarizəni şiddətləndirir”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri