Avropa niyə Ukraynanı Patriot”la təmin etmir? SƏRT AÇIQLAMA
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Maliyyə naziri Skott Bessent (Scott Bessent) NATO-nun Avropa üzvü olan ölkələrini Ukraynanı "Patriot" zenit-raket kompleksləri ilə təmin etməyə tələsməməkdə günahlandırıb.
Bizim.Media xəbər verir ki, NBC News telekanalına müsahibə verən amerikalı nazir Avropa müttəfiqlərinin kifayət qədər belə sistemlərə malik olduğunu, lakin onları Kiyevə təhvil verməkdən çəkindiklərini diqqətə çatdırıb.
Skott Bessent Avropanın imkanlarına toxunaraq bildirib:
"Prezident Zelenski “Patriot” sistemləri istəyəndə, NATO-nun Avropa üzvlərində bunlardan bol miqdardadır. Bəs niyə onları verməyə tələsmirlər? Almaniya hardadır?".
ABŞ Maliyyə naziri Ukrayna Prezidenti Volodimir Zelenskini süni dilemma yaratmaqda ittiham edib.
Onun sözlərinə görə, müharibənin mütləq Ukraynanın hərbi qələbəsi ilə bitməli olduğu ideyası yanlışdır və əsas hədəf münaqişəni diplomatik yolla dayandırmaqdır.
Nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp bu müharibənin tezliklə başa çatmasını istəyir və məsələnin danışıqlar masası arxasında həlli üçün hər gün çalışır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















