Icma.az
close
up
RU
Patruşevin ailəsi 14 milyardlıq əmlaka sahibdir Putinin köməkçisinin var dövləti açıqlandı

Patruşevin ailəsi 14 milyardlıq əmlaka sahibdir Putinin köməkçisinin var dövləti açıqlandı

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin ailələrinə dair yeni araşdırma yayılıb.

“AzPolitika” bildirir ki, “Proyekt” nəşri keçmiş FSB direktoru, Rusiya Təhlükəsizlik Şurasının katibi, hazırda Prezidentin köməkçisi olan Nikolay Patruşevin ailəsinin ümumilikdə təxminən 14 milyard rubl (150 milyon dollara yaxın - red.) dəyərində daşınmaz əmlaka sahib olduğunu bildirib.

Nəşr qeyd edib ki, bu rəqəm Rusiya güc məmurları arasında rekord göstərici kimi qiymətləndirilə bilər. Qeyd olunan əmlakın təxminən yarısının Dmitri Patruşevin (Nikolay Patruşevin oğlu və hazırkı Rusiya hökuməti Baş nazirinin müavini) gizli həyat yoldaşı kimi təqdim edilən Marina Artemyevaya məxsus olduğu vurğulanıb.

“Proyekt”in məlumatına görə, Marina Artemyeva Moskvanın mərkəzində iki mənzilə, həmçinin Moskva və Moskva vilayətində iki böyük torpaq sahəsinə sahibdir. Təkcə bu torpaq sahələrinin ümumi dəyərinin 5 milyard rubla yaxın olduğu bildirilir. O, həmçinin bir neçə kommersiya təyinatlı əmlakın da sahibidir.

Araşdırmada deyilir ki, Artemyeva və Dmitri Patruşev rəsmi nikahda olmadıqları üçün onun adı Baş nazir müavininin gəlir bəyannamələrində göstərilməyib. Bununla yanaşı, cütlüyün beş övladı olduğu vurğulanır. Nəşr bildirib ki, Artemyeva bir sıra şirkətlərin də ortağıdır. Eyni zamanda, o, 2021-ci ildə Kreml yaxınlığında mənzillərin alınması üçün Rosselxozbankdan çox güzəştli ipoteka krediti alıb. Həmin dövrdə bankın müşahidə şurasına Dmitri Patruşev rəhbərlik edib.

“Proyekt” həmçinin Nikolay Patruşevin ailəsinə aid digər əmlakların da birbaşa onların adına deyil, qohumlarının – xüsusilə Patruşevin keçmiş həyat yoldaşı Yelena və gəlinləri Tatyana Patruşevanın adına rəsmiləşdirildiyini qeyd edib.

Nəşr əlavə edib ki, ötən ilin mayında Təhlükəsizlik Şurasındakı vəzifəsini tərk edən Nikolay Patruşev köhnə kabinetindən ayrılmaq istəməyib, bu səbəbdən də onun yerinə təyin olunan Sergey Şoyqu “öz köhnə kabinetində işləməyə məcbur qalıb”. “Proyekt” bunu ironik şəkildə “Patruşevlərin ailəvi daşınmaz əmlak vurğunluğu” kimi xarakterizə edib.

Araşdırmada qeyd olunur ki, Patruşev və ailə üzvləri bu məlumatlarla bağlı heç bir şərh verməyiblər.

Xatırladaq ki, “Proyekt”in “Atalar və babalar” adlı silsilə araşdırmasının əvvəlki hissələrində Prezident Vladimir Putinin qohumları, Prezident Administrasiyası rəsmiləri, biznesmen və senator Süleyman Kərimov, Federasiya Şurasının spikeri Valentina Matviyenko və digər yüksək vəzifəli şəxslərin ailələri haqqında da məlumatlar dərc olunmuşdu.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri