Paulo Botta: Azərbaycan kimi ölkələr Avrasiya ilə Latın Amerikası arasında “körpü” rolunu oynaya bilər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan kimi ölkələr Avrasiya ilə Latın Amerikası arasında “körpü” rolunu oynaya bilər. Ölkənizin iqtisadi əlaqələrinin çoxşaxəliliyi, zəngin tarixi və geosiyasi mövqeyi üzərində qurulmuş diplomatik təcrübə həmin bilik və bacarıqların Avrasiya ilə Latın Amerikası arasındakı münasibətlərə də ötürülməsini mümkün edir.
Bunu AZƏRTAC-a müsahibəsində Argentinanın nüfuzlu “TRENDS Research & Advisory” beyin mərkəzinin ofis rəhbəri Paulo Botta bildirib.
Onun sözlərinə görə, bu baxımdan həm universitetlərin, həm də analitik mərkəzlərin akademik təşəbbüsləri, eləcə də mədəni layihələr xüsusi əhəmiyyət kəsb edir.
“Artıq on ildən artıqdır ki, La Plata Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyət göstərir. Bu kafedra analitik materialların dərc edilməsi, tərcümələr, akademik tədbirlərin təşkili və tanışlıq səfərləri kimi fəaliyyətlər vasitəsilə qarşılıqlı əlaqələrin güclənməsinə əhəmiyyətli töhfə verib. Belə təşəbbüslər münasibətlərin davamlılığını təmin edir, əlaqələrin sosial əsasını genişləndirir və əməkdaşlığın yalnız hökumətlər səviyyəsində deyil, həm də xalqlar arasında inkişafına şərait yaradır”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 24 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















