Icma.az
close
up
RU
Pay torpaqları əhalidən alınmayacaq Nazirlik: Narahatlıqların heç bir əsası yoxdur

Pay torpaqları əhalidən alınmayacaq Nazirlik: Narahatlıqların heç bir əsası yoxdur

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində torpaq konsolidasiyası məsələsi ictimai diqqətin mərkəzinə çevrilib. Xüsusilə kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi və vahid təsərrüfatların yaradılması ilə bağlı açıqlamalar əhali arasında müxtəlif suallar və narahatlıqlar doğurub. İnsanları ən çox düşündürən məqam isə bu prosesin onların mülkiyyət hüquqlarına necə təsir edəcəyi, pay torpaqlarının əlindən alınıb-alınmayacağı və ya birləşdirmə zamanı sahiblik hüququnun nə dərəcədə qorunacağıdır. Rəsmilər səmərəli istifadə və məhsuldarlığın artırılmasını əsas məqsəd kimi göstərsələr də, cəmiyyət bu islahatların praktikada necə tətbiq olunacağını və torpaq sahiblərinin hüquqlarının real şəkildə təmin olunub-olunmayacağını diqqətlə izləyir.

Bəs pay torpaqları necə birləşdiriləcək? Torpaqların birləşdirilməsi prosesində kəndlilərin pay torpaqları üzərində mülkiyyət hüququ qorunacaqmı? Yoxsa pay torpaqları əhalidən alınacaq?

Redaktor.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladı.

Nazirlikdən bildirildi ki, torpaq konsolidasiyası ilə bağlı məsələlər kifayət qədər həssas mövzudur:

"Bu səbəbdən vurğulamaq lazımdır ki, burada söhbət torpaqların hər hansı formada bir şəxsdən alınaraq digərinə verilməsindən, yaxud mülkiyyət hüququnun məhdudlaşdırılmasından getmir. Konsolidasiya ilə torpaqların birləşdirilməsi anlayışları eyni məna daşımır.

Məsələn, bir fermerin kəndin müxtəlif hissələrində yerləşən dörd ayrı torpaq sahəsi var və hər biri yarım hektardır. Digər fermerin də kəndin müxtəlif ərazilərində yerləşən bir neçə kiçik torpaq sahəsi mövcuddur. Belə vəziyyətdə torpaq mülkiyyətçiləri qarşılıqlı razılıq əsasında öz sahələrinin yerini dəyişərək torpaqlarını daha kompakt formada bir ərazidə cəmləşdirə bilərlər. Nəticədə hər iki tərəfin ümumi torpaq sahəsi dəyişmir, sadəcə torpaqlar daha səmərəli istifadə oluna biləcək şəkildə yerləşdirilir.

Bu, kənd təsərrüfatı fəaliyyətinin təşkili baxımından mühüm üstünlüklər yaradır. Fermer traktoru bir sahədən digərinə, kəndin müxtəlif istiqamətlərinə daşımaq məcburiyyətində qalmır, becərmə işlərini, suvarmanı və digər aqrotexniki tədbirləri daha rahat həyata keçirə bilir. Məqsəd məhz torpaq sahələrinin parçalanmasının yaratdığı çətinlikləri aradan qaldırmaq və məhsuldarlığı artırmaqdır".

Kənd Təsərrüfatı Nazirliyindən həmçinin bildirildi ki, konsolidasiya prosesində dövlət də müəyyən dəstək mexanizmləri təqdim edə bilər:

"Buraya suvarma infrastrukturunun qurulması, ərazilərin planlaşdırılması, parselləşmənin təşkili və digər texniki məsələlər aid ola bilər. Lakin bütün hallarda əsas prinsip könüllülükdür. Torpaq sahələrinin yerdəyişməsi və ya yenidən təşkili yalnız mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında mümkündür.

Bu baxımdan, pay torpaqlarının kimdənsə alınması və ya mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlıqların heç bir əsası yoxdur. Belə yanaşma nə qanunvericiliyə, nə də konstitusion prinsiplərə uyğundur. Konsolidasiya torpaqların əl dəyişdirilməsi deyil, torpaq mülkiyyətçilərinin razılığı əsasında onların daha səmərəli istifadəsini təmin edən mexanizmdir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri