Icma.az
close
up
RU
Pay torpaqları ilə bağlı deputatdan açıqlama

Pay torpaqları ilə bağlı deputatdan açıqlama

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub".

Demokrat.az Baku.ws-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, bu proseslə bağlı ən çox müzakirə olunan məqam pay torpaqlarının vətəndaşlardan alınıb-alınmayacağıdır:
"Pay torpaqları heç bir halda vətəndaşlardan məcburi şəkildə alınmayacaq. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər. Torpağın birgə istifadəyə verilməsi isə həmin sahəyə mülkiyyət hüququnun itirilməsi demək deyil.
Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir. Kiçik sahələrdə müasir suvarma sistemlərinin qurulması, texnikadan səmərəli istifadə və məhsulun maya dəyərinin aşağı salınması bəzən çətin olur. Sahələr birləşdirildikdə isə kombayn, traktor və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə etmək, suya qənaət və məhsuldarlığı artırmaq imkanları genişlənir.
Məsələn, bir neçə fermer öz torpaqlarını könüllü şəkildə birgə istifadəyə verərsə, həmin sahələr vahid təsərrüfat kimi becərilə bilər. Əldə olunan gəlirin bölüşdürülməsi isə bir qayda olaraq, birləşdirilən torpaqların ümumi sahədəki payına uyğun həyata keçirilə bilər. Beləliklə, fermer torpağını itirmədən daha böyük təsərrüfatın imkanlarından yararlanır".
Vüqar Bayramov əlavə edib ki, bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsinin öyrənilməsi də təsadüfi deyil:
"Həmin ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər.
Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Buna görə də konsolidasiya torpağın sahibindən alınması deyil, torpaq sahibinə öz sahəsindən daha səmərəli istifadə etmək və gəlirini artırmaq üçün yeni imkanların yaradılması kimi nəzərdə tutulur.
Bir sözlə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq. Əsas hədəf torpaqları vətəndaşlardan almaq deyil, parçalanmış sahələrin daha səmərəli istifadəsi, xərclərin azaldılması, məhsuldarlığın artırılması və nəticədə fermerlərin gəlirlərinin yüksəldilməsidir".
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri