Icma.az
close
up
RU
Pay torpaqları dövlətə qaytarılacaq?

Pay torpaqları dövlətə qaytarılacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bölgələrdə əsas problemlərdən biri də əkinəyararlı torpaq sahələrinin müxtəlif səbəblərdən istifadəsiz qalmasıdır.

Bugünlərdə millət vəkili Vasif Qafarov Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunaraq yeni təkliflə çıxış edib.

O Astara rayonunda 30 ildir istifadəsiz qalan torpaqların dövlətə qaytarılmasını təklif edib.

Deputat qeyd edib ki, 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb:

“Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb”. 

V. Qafarov qeyd edib ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin.

Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər.

Qeyd edək ki, kəndlilərə torpaq verilsə də, onu əkib becərmək imkanı yoxdu. Yəni subsidiya azlığı, yaxud texnika ilə təminatın olmaması problemlər yaradır.

Belə olan təqdirdə torpaq sahibinə dəstək göstərilməlidir, yoxsa torpaqlar yenidən dövlət mülkiyyətinə qaytarılmalıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bu problem əlavə qanun qəbul edilmədən də həll edilə bilər:

“Əgər hansısa sahibkar torpağı istidafadə etmirsə, əmlak olaraq başqa bir sahibkara sata bilər. Burada heç bir problem yoxdur. Yəni istifafə etmirsə, saxlamağın da mənası yoxdur. Hesab edirəm ki, boş torpaqların qalmasının başqa səbəbi var. Sahibkarın dəyişdirilməsi çıxış yolu deyil. Məsələn, Hacıqabulda 50 min hektar sahə var ki, istifadəsizdir. Əkinə yararlı torpaq əkib-becərilmir.

Səbəb isə suyun olmamasıdır ki, orada olan su anbarının 18 metr dərinliyi var. Onun 11 metrinin dibini lil tutub ki, cəmi 7 metr dərinlikdə su tutumu var. Bu da rayonda mövsüm dövründə su qıtlığına səbəb olur. Həmin ərazidə əkilən buğda, arpa və  digər bitkilər erkən yayda susuzluqdan yanaraq məhv olur.

Ona görə də həmin ərazi becərilmir. Yəni Azərbaycanda əkin dövriyyəsindən çıxarılmış torpaqların problemi mülkiyyətçi, sahibkar problemi deyil. Sahibkar dəli deyil ki, əmlakını boş saxlasın.  Özü becərər, yaxud icarəyə verər, sata bilər. Hesab edirəm ki, istifadəsiz qalan əkinə yararlı torpaqların müxtəlif formada  problemi var və onu aradan qaldırmaq lazımdır”.

Onun sözlərinə görə, sadəcə bunu bəhanə edib əmlak sahibindən əmlakı geri almaq düzgün variant deyil:

“Harada su problemi varsa, burada su təminatı olmalıdır. Həmin torpaqlar dövlətə qaytarıldıqdan sonra onu kim suvaracaq? Əgər orada su təminatı yaradılacaqsa, bəri başdan yaratmaq lazımdır. Əgər həmin torpaqların dövlət mülkiyyətinə verilməsi ilə bağlı qanun qəbul edilsə, bir sıra insanları şərləyib torpağını əlindən alacaqlar.

Məsələn, vətəndaşa tələb qoyacaqlar ki,  “filan qədər məhsul götürməlisən, götürməmisən, səmərəsiz əkindir”. Hesab edirəm ki, bu çox zərərli və təhlükəli qanun ola bilər. Dövlət mülkiyyətində olan torpaqlar guya səmərəli istifadə edilir?  Dövlət Fondu torpaqlarında 100-dən çox aqroparklar var. Həmin aqroparklar niyə səmərəli işləmir?

Hələ 10 il bundan əvvəl aqroparklar yaradılanda deyirdilər ki, 5 ildən sonra Azərbaycan taxıl idxalını dayandıracaq.  Hələ də həmin səviyyədə taxıl idxal edirik. Əksinə, bu gün həmin aqroparkları özəlləşdirmək lazımdır ki, mexanizmlər yaransın.

Azərbaycan təcrübəsində təsdiqlənir ki, dövlət mülkiyyəti özünü doğrultmur. Elə bir şirkət, iqtisadi subyekt varmı ki, özünü maliyyələşdirir? Hamısı dövlət büdcəsinin üzərində “oturub”. Ümumiyyətlə, istifadə edilməyən torpaqların dövlət mülkiyyətinə verilməsi  ilə bağlı bir qanun qəbul edilməsi doğru olmaz”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri