Icma.az
close
up
RU
Payats “Atletik” “Qarabağ” matçını həmişə xatırlayacaq...

Payats “Atletik” “Qarabağ” matçını həmişə xatırlayacaq...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bilbaoya xal qazanmaq ümidiylə yollanan “Qarabağ”ın “Atletik”ə qarşı oyununu İqor Payats idarə edəcək.

Əlbəttə, “köhlən atlar”ın əsas mərhələni ilk “24-lük”də bitirməsini arzulayan milyonlarla azərbaycanlının daha bir istəyi yaşıl meydanlardakı hadisələrin axarına hansısa qərəzin, ayrı-seçkiliyin yox, məhz ədalətin yön verməsidi. Və bu həm də təcrübə işidi. Düzdü, söhbət Çempionlar Liqasının oyunundan gedirsə, hansısa işbilməzlikdən danışmaq yersiz olar. Lakin bu gün Ağdam təmsilçisinə azı bir xalın hava-su kimi lazım olduğunu nəzərə alsaq, ənənəmizə sadiq qalmalı, “fit sahibi” haqda ətraflı məlumatı oxucularımıza təqdim etməliyik.
İqor Payats... O, 1985-ci ildə Zaqreb şəhərində dünyaya göz açıb. Əksər həmkarları kimi ölkəsinin aşağı liqalarında fəaliyyətə başlayan “qarapaltarlı” 2015/26 mövsümündən bəri Xorvatiyanın əsas çempionatında iş başındadı. Hakim bu çərçivədə meydanda olduğu 137 matçda futbolçuları 681 sarı, 25 qırmızı vərəqə ilə cəzalandırıb. Payats 2018-ci ildən FİFA referilərinin siyahısındadı. O, beynəlxalq karyerası ərzində avrokubokların bütün turnirlərinin təsnifat mərhələlərində, məhz Konfrans və Avropa Liqasının isə əsas mərhələsində forma geyib. Başqa sözlə, ədalət təmsilçisi sabah Çempionlar Liqasının əsas mərhələsində debüt edəcək.
Bununla yanaşı, “fit sahibi”nin beynəlxalq yoldaşlıq oyunlarında, Gənclər və Millətlər Liqasında, habelə 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində idarəçilik etdiyini vurğulayaq. Ona həm də Cənubi Kiprin, Yunanıstanın və Səudiyyə Ərəbistanının əsas çempionatlarında ehtiyac duyulub. Bu hakim ilk dəfə təmsilçilərimizdən birinin matçına təyinat alıb. Xoşqədəm ol, Payats!
Ümumiyyətlə, adı çəkilən referi karyerası ərzində 253 matç idarə edib. O, bu qarşılaşmalarda 1264 sarı, 50 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri