Icma.az
close
up
RU
Payız allergiyasından qorunmaq üçün 5 vacib MƏSLƏHƏT

Payız allergiyasından qorunmaq üçün 5 vacib MƏSLƏHƏT

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payız fəsli ilə birlikdə təkcə havalar deyil, allergiya simptomları da dəyişir. Bu dövrdə xüsusilə rinit (burun axması), asqırma, öskürək, qaşınma və göz yaşarması kimi şikayətlər artmağa başlayır.
Mütəxəssislər bildirirlər ki, payız aylarında allergiyaya səbəb olan əsas amillərdən biri toz gənələri, küf göbələkləri və xəzəl altındakı mikroorqanizmlərdir.
Bizim.Media xarici KİV-ə istinadən payız aylarında allergiyanın yaranma səbəblərini təqdim edir:
Havaların soyuması allergiya riskini artırır
Allerqoloq və immunoloqların sözlərinə görə, yaydan payıza keçid dövründə havanın rütubətinin artması, evlərin daha az havalandırılması və isidicilərdən istifadə toz gənələrinin çoxalmasına şərait yaradır.
Bu da allergik rinit, astma və dəri qaşıntısı olan insanlarda vəziyyətin pisləşməsinə səbəb olur.
Həkimlər məsləhət görür ki, allergiyadan əziyyət çəkən şəxslər evlərini gündəlik havalandırsın, toz yığan xalça və pərdələrdən uzaq dursunlar, həmçinin sübh və axşam saatlarında açıq havada çox qalmaqdan çəkinməlidirlər.
Küf və xəzəl də təhlükə mənbəyidir
Payızda ağaclardan tökülən yarpaqlar altında yaranan rütubət və küf sporları da allergiyanı tətikləyən əsas səbəblərdəndir. Küf göbələkləri tənəffüs yollarına düşdükdə xüsusilə bronxial astma xəstələrində ciddi fəsadlar yarada bilər.
Buna görə mütəxəssislər payız təmizliyində maska taxmağı və qapalı, havasız yerlərdə uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edir.
Allergiyadan qorunmaq üçün 5 vacib məsləhət
1. Evi hər gün ən azı 15-20 dəqiqə havalandırın.
2. Yataq dəstlərini həftədə bir dəfə 60 dərəcədə yuyun.
3. Xalça, pərdə və yumşaq oyuncaqların sayını minimumda saxlayın.
4. Açıq havada olduqdan sonra geyimləri dəyişin, duş qəbul edin.
5. Özbaşına dərman qəbul etməyin, allerqoloqa müraciət edin.
Payızın füsunkar havası allergiya xəstələri üçün bəzən çətin keçə bilər. Amma düzgün gigiyena və profilaktik tədbirlər sayəsində bu fəsli də sağlam şəkildə qarşılamaq mümkündür.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri