Payız mövsümündə turizmdə yeni perspektivlər və inkişaf imkanları nələrdir?
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 noyabr, Fidan Əlizadə, AZƏRTAC
Payız fəsli bir çox ölkələrdə qeyri-turizm mövsümü hesab olunsa da, bu dövr işgüzar səfərlər üçün xüsusilə əlverişlidir. Ölkəmizə payız aylarında təşrif buyuran turistlər adətən rəsmi və yüksək seqmentə daxil olur, bu da turizmin keyfiyyətli inkişafına töhfə verir. Payızın üstünlükləri arasında mülayim iqlim, dağlıq bölgələrdə rəngarəng landşaft, təmiz hava qeyd edilə bilər. Bu amillər turist axınının artmasına şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, turist axınını mütəmadiləşdirmək istiqamətində payız aylarında təşkil olunan festival, idman yarışları, konfranslar və digər mədəni fəaliyyətlər mühüm rol oynaya bilər.
“Bununla belə, bəzi xarici amillərdən asılı olaraq, gələn turistlərin sayı dəyişə bilər. Dünyada baş verən müharibələr və geosiyasi gərginliklər, hətta ölkəmizdə uğurlu xarici siyasət aparılsa da, digər ölkələrin vətəndaşlarının sosial vəziyyətinə təsir edərək onların turizm imkanlarını məhdudlaşdıra bilər. Azərbaycan isə uzunmüddətli müharibəni qələbə ilə arxada qoymuş və sülh sazişinə doğru irəliləyir. Bu əmin-amanlıq dövrü ölkəmizdə bütün mövsümlərdə turizm fəaliyyətinin davamlı olmasına imkan yaradacaq. Xüsusilə Qarabağ bölgəsində yaxın illərdə istifadəyə veriləcək sanatoriyalar payız fəsli üçün müalicə turizmini daha da əlverişli edəcək və bu bölgənin turizm potensialını yüksəldəcək”,- deyə R.Quliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















