Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İnkişaf və yeni perspektivlər

İnkişaf və yeni perspektivlər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olduğunu və regionun qarşıdakı dövrdə daha böyük iqtisadi, sosial və strateji imkanlara malik olacağını göstərir. 
Cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri hər bir regionun potensialından səmərəli istifadə etməklə ölkənin hərtərəfli və balanslı inkişafını təmin etməkdir. Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr də məhz bu məqsədə xidmət edir. Sənaye, enerji, nəqliyyat, sosial infrastruktur və şəhərsalma sahələrində atılan addımlar muxtar respublikanın yeni inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirir.Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusilə diqqətçəkən hadisələrdən biridir. Bu layihə Naxçıvanın sənaye potensialının artırılması, yeni istehsal sahələrinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Parkın inkişafı regionun iqtisadi fəallığının yüksəlməsinə və yerli resurslardan daha səmərəli istifadəyə şərait yaradacaq.Enerji sahəsində görülən işlər də Naxçıvanın gələcək inkişafında mühüm rol oynayır. Günəş elektrik stansiyalarında aparılan işlər və yeni generasiya imkanlarının yaradılması enerji təhlükəsizliyinin gücləndirilməsinə hesablanıb. Naxçıvan Sənaye Parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının nəzərdə tutulması isə muxtar respublikanın enerji potensialının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.Cənab Prezidentin müsahibəsində Naxçıvanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu infrastrukturunun yenidən qurulması, yeni nəqliyyat imkanlarının formalaşdırılması və regionun Azərbaycanın əsas iqtisadi məkanları ilə əlaqələrinin gücləndirilməsi Naxçıvanın gələcəkdə mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün möhkəm zəmin yaradır.Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı proseslər Naxçıvanın strateji əhəmiyyətini daha da artırır. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat əlaqələrinin gücləndirilməsi təkcə ölkədaxili inteqrasiyaya deyil, bütövlükdə regionda yeni iqtisadi və kommunikasiya imkanlarının yaranmasına xidmət edir. Bu istiqamətdə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə hesablanıb.
Naxçıvanda sosial layihələrin həyata keçirilməsi də Cənab Prezidentin siyasətində insan amilinin xüsusi yer tutduğunu göstərir. Regional DOST Mərkəzinin istifadəyə verilməsi, sosial evlər kompleksinin təməlinin qoyulması və digər sosial layihələr əhalinin rifahının yüksəldilməsinə yönəlib. İnkişafın yalnız iqtisadi göstəricilərlə deyil, insanların gündəlik həyatında yaratdığı müsbət dəyişikliklərlə ölçülməsi dövlət siyasətinin mühüm xüsusiyyətlərindən biridir.Şəhərsalma və mədəni irsin qorunması istiqamətində görülən işlər də Naxçıvanın gələcək simasının kompleks şəkildə formalaşdırıldığını göstərir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın müzakirəsi, tarixi abidələrin bərpası və Əcəmi Naxçıvaninin abidəsinin açılışı qədim şəhərin həm müasir, həm də tarixi-mədəni kimliyinin qorunmasına xidmət edir.
Prezident İlham Əliyevin Naxçıvanla bağlı siyasəti aydın məqsədə – muxtar respublikanın hərtərəfli inkişafına, əhalinin rifahının yüksəldilməsinə və regionun Azərbaycanın ümumi iqtisadi məkanında daha fəal mövqeyə çıxmasına xidmət edir. 11 avqust 2026-cı il səfəri isə bu strategiyanın növbəti mühüm mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Qənaət Əsgərov

YAP Kəlbəcər rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri