Icma.az
close
up
RU
Payız qış viruslarına qarşı necə qorunmalı? Həkim məsləhəti

Payız qış viruslarına qarşı necə qorunmalı? Həkim məsləhəti

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə birlikdə soyuqdəymə və qrip mövsümü də qapımızı döyür. Xəstəliklərdən tam qorunmaq mümkün olmasa da, vaxtında görülən tədbirlər nəticəsində bədənin müqavimətini artıra bilərik.

Həkim-terapevt Sübhan Hacıyev Ölkə.az-a açıqlamasında bildirib ki, insan təbiətlə çox sıx əlaqədədir və təbiətdə olan bir çox makro-mikroelementlər insan orqanizmində də öz yerini tapıb:

"Hətta təbiətdə baş verən iqlim hadisələr də bizim orqanizmimizə təsirsiz ötüşmür. Eləcə də havaların dəyişkənliyi bizim öz səhhətimizə də mənfi və müsbət təsir göstərə bilir. Xüsusilə də soyuq payız-qış aylarında, daha çox praktik sağlamlığı zəif olan insanlarda, yəni adaptasiya (uyğunlaşma) prosesləri ləng gedən şəxslərdə virus infeksiyalarının artdığını görürük. Burada daha çox qrip, rinovirus, adenovirus, paraqrip, eləcə də pandemiyasını yaşadığımız COVID virusu ilk sıralarda dayanır. Bu virus infeksiyaları əsasən yuxarı tənəffüs yollarında müşahidə olunur. Ağırlaşdığı zaman alt tənəffüs yollarına, bronxlara və ağciyərlərə keçə bilir. Daha çox yüksək hərarət, boğaz ağrısı, burun tutulması, ümumi halsızlıq, əzələ ağrıları, quru öskürək kimi simptomlarla özünü göstərir. Əgər simptomlar üç gündən çox davam edərsə, birbaşa həkimə müraciət etmək lazımdır".

Həkim qeyd edib ki, risk qruplarına körpə uşaqlar və 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olan şəxslər daxildir:

"Bu xəstəliklərə kardioloji problemlər, nefroloji, yəni böyrək çatışmazlığı, həmçinin şəkərli diabet aiddir. Belə hallarda mövcud əsas xəstəliklər daha tez ağırlaşa bilir. Bütün bunları nəzərə alaraq, insanlarımıza həkim-terapevt olaraq tövsiyə edərdim ki, öncəliklə mövsümə uyğun geyinsinlər, gün ərzində litr yarımdan iki litrə qədər ilıq su, maye tükətsinlər.

Soyuq fəsillərdə, xüsusilə də xəstəliklərin geniş yayıldığı dövrlərdə C və D vitamini, sink, selen kimi mikroelementlərdən profilaktik məqsədlə istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, ən azı ildə bir dəfə çekap müayinəsindən keçmək və altda yatan xəstəlikləri vaxtında aşkarlamaq vacibdir ki, sonradan gecikmiş xəstəliklərlə üzləşməsinlər".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri