Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Payız tətilinin uzanması müəllim və şagirdlərə necə təsir edir? RƏY

Payız tətilinin uzanması müəllim və şagirdlərə necə təsir edir? RƏY

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təhsil tədris prosesinin davamlılığını və nizam-intizamını tələb edən sahədir. Bu səbəbdən də qeyri-iş günlərinin, xüsusən də tətil günlərinin çoxluğu, təhsil sisteminə və ümumi təhsil keyfiyyətinə bir sıra təsirlər göstərir. Bu təsirlər qısa və uzunmüddətli nəticələrə səbəb ola bilər. Buna görə də qeyri-iş günlərinin artması, tətil günlərinin çox olması təhsil keyfiyyətinə həm mənfi, həm də müsbət təsirlər edə bilər.

Bunu Modern.az-a açıqlamasında təhsil ekspert Kamran Əsədov qeyd edib.

O bildirib ki, tədris prosesinin davamlılığının pozulması mənfi təsirlərdən biridir. Təhsil prosesində fasilələrin tez-tez baş verməsi şagirdlərin dərs proqramını mənimsəməsində çətinliklər yaradır.
“Müəllimlər dərslərin davamlılığını təmin etmək üçün vaxt cədvəllərini tərtib edirlər, lakin çox sayda tətil günləri bu planları pozur və tədris proqramının tamamlanmasını gecikdirir. Xüsusilə intensiv şəkildə öyrənilən mövzularda təkrar fasilələr şagirdlərin keçilmiş mövzuları unutmalarına və yenidən vaxt itirməklə təkrara ehtiyac yaratmalarına səbəb olur. Bu, təhsil keyfiyyətini aşağı salan əsas faktorlardan biridir”.

"Bununla yanaşı, çoxsaylı qeyri-iş günləri təhsil müəssisələrinin müvafiq infrastruktur və maliyyə resurslarını effektiv istifadə etmə qabiliyyətini də azaldır. Şagirdlər daha az vaxt məktəbdə keçirir, lakin məktəblərin işçi qüvvəsi və digər resurslar bu dövrlərdə də fəaliyyət göstərir, bu da təhsil sisteminə əlavə maliyyə yükü yarada bilər. Həmçinin tətil günlərinin çoxluğu valideynlər üçün də müəyyən çətinliklər yarada bilər. Uşaqların evdə uzun müddət qalması, xüsusilə iş günü olan ailələr üçün təşkilati problemlər yaradır. Bu da, öz növbəsində, ailələrin təhsillə bağlı narahatlıqlarını artırır və uşaqların qeyri-rəsmi təhsil və asudə vaxt fəaliyyətlərindən səmərəli istifadə etməsi məsələsini gündəmə gətirir" -  deyə o əlavə edib.

Tətil günlərinin çoxluğunun müsbət tərəflərindən də danışan Kamran Əsədov bildirib ki, qeyri-iş günlərinin çox olması müəllimlər və şagirdlər üçün istirahət və yenilənmə fürsəti yaradır. Bu da tədris prosesinə müsbət təsir edə bilər.
“Məlumdur ki, uzunmüddətli iş rejimi fiziki və əqli yorğunluğa səbəb ola bilər. Əgər tətil günləri düzgün planlaşdırılarsa, şagirdlər və müəllimlər bu günlərdə istirahət edib, təzələnərək daha məhsuldar ola bilərlər. Bu istirahət günlərinin tədris prosesinə mənəvi və psixoloji faydası da nəzərə alınmalıdır. Tədqiqatlar göstərir ki, uzun fasilələrdən sonra daha çox dincəlmiş beyinlər daha yaxşı məlumatları mənimsəyir və yaradıcılıq potensialı artır.

Lakin bu balans çox vacibdir. Tətil günlərinin həddən artıq çoxluğu tədris ilinin uzadılması və ya dərslərin intensivləşdirilməsi ilə nəticələnə bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə, məsələn, Azərbaycan kimi təhsil sistemində qeyri-iş günlərinin balanslı şəkildə təyin edilməsi vacibdir. Əks halda, təhsil sisteminin əsas vəzifəsi olan bilik ötürülməsi prosesi təxirə salına bilər və ümumi təhsil keyfiyyətinə mənfi təsir göstərər.

Təhsil sahəsində atılan addımlar şagirdlərin öyrənmə prosesini fasiləsiz və keyfiyyətli şəkildə davam etdirməsinə yönəlməli, eyni zamanda, onların psixoloji və fiziki istirahətlərini də təmin etməlidir” - deyə təhsil  eksperti sonda qeyd edib. 
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr, beş günlük iş həftəsi ilə işləyənlərdə isə 25 noyabr tarixlərində olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri