Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Ekranda müəllim şagirdlərə necə təsir edir? AÇIQLAMA

Ekranda müəllim şagirdlərə necə təsir edir? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Texnologiyanın sürətli inkişafı təhsil sistemində yeni yanaşmaların yaranmasına səbəb olur. Son illərdə xüsusilə distant və hibrid təhsil modellərinin tətbiqi məktəblərdə dərs prosesinin təşkilinə fərqli baxış formalaşdırıb. Müəllimin ekrandan dərs keçdiyi, şagirdlərin isə sinifdə əyləşdiyi hibrid model həm təhsilin keyfiyyəti, həm də uşaqların sosial inkişafı baxımından müzakirə olunan məsələlərdən biridir. Bu sistem bir tərəfdən müəllim çatışmazlığı probleminə həll kimi qiymətləndirilsə də, digər tərəfdən canlı ünsiyyətin azalmasının yaratdığı risklərlə bağlı suallar doğurur.
Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, şagirdlərin sinifdə, müəllimin isə ekran üzərindən dərs keçdiyi hibrid model təhsilin keyfiyyəti və sosiallaşma baxımından müxtəlif təsirlərə malikdir:
"Təhsilin keyfiyyəti baxımından yanaşdıqda, bu sistemin ən böyük üstünlüyü coğrafi məhdudiyyətləri aradan qaldırmasıdır. Xüsusilə ucqar bölgələrdə yaşayan şagirdlər fənn müəllimi çatışmazlığı ilə qarşılaşdıqda, bu model vasitəsilə yüksək ixtisaslı mütəxəssislərdən dərs almaq imkanı əldə edirlər. Eyni zamanda, onlayn platformaların təqdim etdiyi zəngin vizual materiallar, videolar və rəqəmsal resurslar dərsləri daha maraqlı və rəngarəng edir. Lakin bu formatın ciddi çətinlikləri də mövcuddur. Müəllim sinifdə fiziki olaraq iştirak etmədiyi üçün şagirdlərin diqqətini uzun müddət ekrana yönəltmək və sinifdaxili intizamı tam nəzarətdə saxlamaq çətinləşir. Canlı təmasın olmaması müəllimin hər bir şagirdin yazı işini fərdi şəkildə yoxlamasını və onun anlıq çətinliklərini hiss etməsini məhdudlaşdırır. Bundan əlavə, hər gün saatlarla ekrana baxmaq uşaqlarda zehni və vizual yorğunluq yaradır".
Ekspert deyib ki, şagirdlərin sosiallaşması baxımından isə bu model tam distant təhsillə müqayisədə daha effektiv hesab oluna bilər:
"Şagirdlər məktəb mühitindən uzaq düşmür, parta arxasında əyləşir, tənəffüslərdə və qrup fəaliyyətlərində həmyaşıdları ilə canlı ünsiyyət qururlar. Bu da onların komanda ruhunu və sosial əlaqələrini qoruyub saxlayır. Digər tərəfdən, müəllim və şagird arasındakı emosional bağ zəifləyir. Pedaqogikada mühüm rol oynayan müəllimin canlı baxışı, şagirdə yaxınlaşaraq ona mənəvi dəstək göstərməsi kimi amillər ekran vasitəsilə müəyyən qədər mexanikləşir. Şagirdlərin rəsmi avtoritetlə yalnız virtual mühitdə ünsiyyətə alışması gələcəkdə real iş və akademik həyatda canlı iyerarxik münasibətlərə uyğunlaşmanı çətinləşdirə bilər.
Bu modelin uğurla tətbiq olunması üçün sinifdə intizamı qoruyan, şagirdlərin yazı işlərinə nəzarət edən və ekrandakı müəllimlə sinif arasında canlı əlaqə yaradan köməkçi koordinatorun, yəni mentorun olması vacibdir. Yekun olaraq demək olar ki, bu sistem canlı müəllim təmasının yaratdığı dərin pedaqoji effekti tam əvəz etməsə də, ixtisaslı kadr çatışmazlığı şəraitində təhsilin davamlılığını təmin edən və uşaqları cəmiyyətdən təcrid etməyən uğurlu alternativ modellərdən biridir",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri