Payız turizmini canlandırmaq üçün hansı addımlar atılmalıdır? EKSPERT
Icma.az bildirir, Sia Az portalına istinadən.
"Payız mövsümündə ölkə turizmi yay mövsümündən xeyli fərqlənir. Bu dövrdə turist axını və turizm bölgələrində hərəkətlilik yay ayları ilə müqayisədə o qədər də yüksək olmur. Buna baxmayaraq, payız fəslində də ölkə daxilində səyahət edən və istirahətə üstünlük verən insanlar var".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
Kənan Hənifəyev sözlərinə belə davam edib:
"Bu cür səfərlər əsasən həftə sonları, bayram günləri və tətil vaxtlarında daha çox müşahidə olunur.
Payız aylarında turistlərin daha aktiv səyahət etməsini təmin etmək üçün müxtəlif maraqlı tədbirlərin keçirilməsi mühüm rol oynaya bilər. Festivalların, idman yarışlarının və konsertlərin təşkil edilməsi həm yerli sakinlərin, həm də xarici turistlərin regionlara marağını artıra bilər. Xüsusilə payız mövsümünün təbiəti və bölgələrin özünəməxsus xüsusiyyətləri ilə bağlı tədbirlərin keçirilməsi səyahət üçün əlavə maraq yarada bilər.
Həmçinin regionlarda fəaliyyət göstərən hotellərin payız mövsümünə uyğun kampaniyalar təşkil etməsi turist axınının artmasına təsir göstərə bilər. Müxtəlif qiymət təklifləri, həftə sonu paketləri və ailələr üçün nəzərdə tutulan istirahət imkanları insanların bölgələrə səfər etmək qərarına müsbət təsir edə bilər. Bu baxımdan hotellərin mövsümə uyğun təkliflər hazırlaması vacibdir.
Turizm şirkətlərinin də payız ayları üçün maraqlı tur proqramları tərtib etməsi turistlərin diqqətini cəlb edə bilər. Təbiət gəzintiləri, mədəni və tarixi məkanlara səfərlər, bölgələrdə keçirilən tədbirlərlə birləşdirilən tur paketləri səyahət imkanlarını daha da genişləndirə bilər. Belə tədbirlərin və turizm təkliflərinin artırılması payız mövsümündə ölkədaxili səyahətlərin canlanmasına və regionlarda turizm fəaliyyətinin daha da fəallaşmasına şərait yarada bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















