Icma.az
close
up
RU
Bakıda tramvay xətlərinin çəkilməsi üçün yanaşı hansı addımlar atılmalıdır? Ekspert SADALADI

Bakıda tramvay xətlərinin çəkilməsi üçün yanaşı hansı addımlar atılmalıdır? Ekspert SADALADI

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı açıqlama verib.  “Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər.Bu istiqamətlərdə də araşdırmalarımız davam edir”, - nazir müavini qeyd edib.  

Maraqlıdır, tramvay xətlərinin çəkilməsinin hansı müsbət tərəfləri ola bilər?  


Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, tramvay xətlərinin çəkilməsi təqdirəlayiq hadisədir:

“Amma burada bir məsələ var – şəhər infrastrukturu buna imkan verəcəkmki? Yəni bu mümkün olduğu təqdirdə, müəyyən addımlar atmaq olar. Məsələn, hər hansı bir ərazidən yenidənqurma, söküntü işlərinin aparılması, yolun genişləndirilməsi, istiqamətin ayrılması hesabına olacaqsa, burada sərnişinlərin kütləvi axınını təyin edəcək addımların atılması məmnuniyyət hissi yaradacaq. Yox, əgər bu məsələlər kifayət qədər öz həllini tapmayacaqsa, istiqamət üzrə sərnişinlərin daşınması və avtomobil yolları, yeni zolaq hesabına tramvay xətləri çəkiləcəksə, yolların bir zolaq itirilməsi ilə nəticələnəcəksə, bu, təbii ki, avtobusların daşınmasına da mane ola bilər”.

Müsahibimiz qeyd etdi ki, hazırdakı Pirşağı avtomobil yolunun davamı olaraq Pirşağı hissəsindən “Seebreze” ərazisinə tramvay xətlərinin çəkilməsi daha real görünür:

“Həmin ərazidə hazırda yolun kənarında məskunlaşma azdır, yolun genişləndirilməsi tramvay-trolleybus xəttinin inşa edilməsi məkan baxımından sərfəli görünür. Hər hansı tikinti-söküntü işlərinin aparılmasına isə zərurət olmadıqca ehtiyac olmayacaq. Amma Mehdiabad istiqamətində mənzillərin köçürülməsi, evlərin sökülməsi problem ola bilər, bura kifayət qədər böyük ərazidir. Evlərin plana düşməsi, sakinlərə dotasiyaların ayrılması, kompensasiyaların verilməsi iqtisadi cəhətdən də səmərəli olmalı, həmçinin, prosesləri özündə ehtiva etməlidir ki, vətəndaşlar da narazı qalmasın. Orada elə bir imkan da yoxdur ki, Azadlıq prospekti boyunca əlavə zolaq ayırasan və ya istifadə edəsən. Bu nöqteyi-nəzərdən proses çətinləşir. Məsələnin necə tənzimlənəcəyini isə zaman göstərəcək”.

Günay Rəsulqızı
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri