Payızda dəri quruluğunun qarşısını necə almaq olar?
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Payız aylarında havanın soyuması və rütubətin azalması dərinin qurumasına səbəb ola bilər. Bu dövrdə üzü çox isti su ilə yumaqdan çəkinmək və dərini qurutmayan təmizləyicilərdən istifadə etmək məsləhətdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında kosmetoloq Aynurə Rəhimova deyib:
“Dərinin nəmliyini qorumaq üçün səhər və axşam nəmləndirici krem çəkilməlidir. Yayda istifadə olunan yüngül qulluq vasitələri payızda daha qidalandırıcı məhsullarla əvəz edilə bilər.
Günəş şüalarının təsiri payızda da davam etdiyi üçün günəşdən qoruyucu kremdən istifadə etmək lazımdır. Dəriyə qulluq zamanı həftədə bir və ya iki dəfə yüngül ölü dəri təmizlənməsi aparıla bilər. Lakin həssas və qıcıqlanmış dəridə belə vasitələrdən istifadə etmək düzgün deyil. Küləkli havalarda üz dərisini qorumaq üçün nəmləndirici və qoruyucu vasitələrə üstünlük verilməlidir.
Gün ərzində kifayət qədər su içmək və düzgün qidalanmaq da dərinin vəziyyətinə təsir göstərir. Dəridə uzunmüddətli quruluq, qızartı və ya səpkilər yaranarsa, özbaşına vasitə seçmək əvəzinə dəri həkiminə müraciət etmək daha məqsədəuyğundur”.
Baxış sayı:61
Bu xəbər 02 Sentyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















