Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? VACİB AÇIQLAMA
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hazırda paytaxtın dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müzakirələr aparılmır və bu istiqamət gündəmdə deyil".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözərinə görə, mövcud şəraitdə belə bir addım məqsədəuyğun hesab edilmir:
"Regionların inkişafı isə hər zaman prioritet olaraq qalır. Əsas məqsəd paytaxtla regionlar arasındakı fərqi azaltmaq və balanslı iqtisadi artıma nail olmaqdır. Dövlət proqramları çərçivəsində regionların inkişafı davam etdirilir və bu sahəyə dövlət dəstəyi artırılır. Bu da bölgələrə daha çox investisiyanın cəlb olunmasına və regional iqtisadiyyatın güclənməsinə şərait yaradır.
Xüsusən regionlarda investisiyaların artırılması prioritet istiqamətlərdən biridir və bu sahədə əlavə addımların atılması gözlənilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 Aprel 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















