Icma.az
close
up
RU
Paytaxt Bakıdan bu şəhərə köçürülür?

Paytaxt Bakıdan bu şəhərə köçürülür?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Hər bir ölkənin paytaxtı onun idarəetmə mərkəzi olmaqla dövlətin rəhbərliyinin və nazirliklərin yerləşdiyi əsas şəhər statusunu daşımaqdadır".

Bu sözləri Azad Vətən Partiyası sədrinin Hüquq və İnsan Haqları üzrə müavini Tacəddin Əyyubov "Cebheinfo.az"-a açıqlamasında deyib.O bildirib ki, qədim dövrlərdən başlayaraq dövlətlər paytaxtlarını təyin edərkən təsadüfi deyil, düşünülmüş əsaslarla qərarlar alıb və həyata keçiriblər:

"Dövlətlər paytaxtlarını ölkə ərzisində başqa bölgəyə köçürülməsi vacibliyini hiss edərkən bu addımı atmaqdan çəkinməyib həyati önəmli dəyişiklikləri həyata keçiriblər.Bəzi dövlətlər ölkədə gedən müharibələr zamanı paytaxtın dəyişdirilməsi zərurətindən edibsə, bəzi dövlətlər isə təbii fəlakətlər, əhalininin anormal sıxlığı və digər səbəblərdən dəyişdirmək məcburiyyətində qalıblar.

Yaxın zamanda paytaxtlarını dəyişdirəcəyini elan edən Cənubi Koreya, İran, İndoneziya, Qvineya da daxil olmaqla bir sıra ölkərər də paytaxt dəyişdirmənin məcburi vacibliyini qəbul ediblər. Paytaxtın dəyişdirilməsi böyük maliyyə tələb edən ciddi addım olaraq böyük vaciblik məcburiyyətində atılmalı olan addımlar olub".

Ekspert Azərbaycanın paytaxtının dəyişdirilməsi ehtimalından da danışıb:

"Etiraf etmək lazımdır ki, Bakı həddindən artıq yüklənib. Bakı öz şəhər və paytaxt funksiyasını normal idarəetməsindən çox-çox uzaqlaşmaqdadır. Paytaxta bölgələrdən kütləvi insan axını gəlir. Bakıya əhalinin kütləvi axınının sosial-iqtisadi və digər səbəbləri var. Ancaq Bakı sürətlə daş binalar yığınağına çevrilərək keçmiş yaşıllığı və təbii gözəlliyindən çox uzaqlaşıb. 

Tikilən binaların günü-gündən artmağı, bir-birinə çox yaxın tikilməsi, vəziyyəti daha da çətinləşdirir. Həmçinin, şəhərdə tıxacların da artması sürücüləri narahat edir. Uzun müddətdir ki, paytaxtın tıxac probleminə çarə tapılmır".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Bakıdakı sıxlığın azaldılması üçün müxtəlif təkliflər verilsə də, effektiv olmayıb:

"Xüsusilə Bakının mərkəzində universitetlərin və kolleclərin çoxluğu bu yükü daha da artırır. Ona görə də zaman-zaman universitetlərin başqa yerə köçürülməsi, habelə başqa həll yolları təklif olunur. Ancaq bunların heç birinin problemin həllinə ciddi təsir edəcəyini zənn etmirəm. 

Düşünürəm ki, Bakı şəhərinin "nəfəs" alması üçün paytaxt statusundan qurtulması yeganə vasitə olar. Paytaxtın Bakı şəhərindən köçürülməsi ilə nazirliklər, rəsmi qurumlar, dövlət idarələri də yeni paytaxta daşınacaq. Bu addımla həm Bakı şəhərinin yükü və sıxlığı xeyli azalacaq".

Tacəddin Əyyubov paytaxtın Ağdam şəhərinə köçürülməsini təklif edib:

"Hesab edirəm ki, yeni paytaxtın Ağdam şəhərinə köçürülməsi yaxşı olar. Bir çox millət vəkili və ekspert də paytaxtın Ağdam şəhərinə köçürülməsini təklif edir. Hazırda Ağdamın yenidən qurulması da üstünlük ola bilər.

Çünki paytaxt başqa şəhərə köçürülərkən, adətən ora yenidən qurulur. Bu baxımdan, başqa şəhəri seçməkdənsə, onsuz da sıfırdan yenidən qurulan Ağdamı paytaxt etmək daha yaxşı seçim olar. Ümid edirəm ki, paytaxtın Bakıdan köçürülməsini uzun müddət gözləməyəcəyik". 

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan Bakı Ağdam paytaxt

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri