Paytaxt ərazisində oğurluq edənlər saxlanılıblar
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Xəzər rayon sakini olan bir nəfər polisə müraciət edərək “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1000 manat olan 4 ədəd akkumulyatorun oğurlandığını bildirib.
Yeniavaz.com DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Mirələmov saxlanılıb.
Bildirilib ki, paytaxtın Binəqədi və Yasamal rayonları ərazilərində də talama cinayətləri qeydə alınıb:
“Zərərçəkən şəxslər polisə müraciət edərək “Toyota” markalı avtomobildən mobil telefonlar, içərisində nağd pul və digər şəxsi əşyalar olan çanta, eləcə də velosipedin oğurlandığı barədə məlumat veriblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən R.Mikayılov, A.Abdurahmanov və K.Heydərov saxlanılıblar”.
Bu mövzuda digər xəbərlər:Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
17 İyul 2026 11:12
Paytaxt ərazisində gizli ölüm tələsi
15 Avqust 2025 22:12
Paytaxt ərazisində gizli ölüm tələsi VİDEO
15 Avqust 2025 23:54
Milli Paytaxt Dehli ərazisində parlament seçkiləri başlayır
05 Fevral 2025 14:20
Paytaxtda oğurluq edənlər saxlanılıblar
28 Yanvar 2026 18:18
Baxış sayı:74
Bu xəbər 28 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















