Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli nə həsr olunan müsabiqələrə başlanılıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən dərnək üzvləri arasında "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə start verilib.
525.az-a BŞTİ-dən bildirilib ki, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən “Gözəlliyi inşa edən zəka” layihəsi çərçivəsində “Memarlığın rəng palitrası” adlı 2D əl işi müsabiqəsi və "Milli memarlıq intellekti" adlı intellektual yarış, 8 nömrəli UGİM tərəfindən isə "Memarlıqla yazılan tarix" adlı rəsm və əl işləri müsabiqəsi keçirilir.
7 nömrəli UGİM-in təşkilatçılığı ilə “Əcəminin memarlıq inciləri” adlı rəsm müsabiqəsi, 6 nömrəli UGİM-in təşkilatçılığı ilə “Memarlıq irsimiz gənclərin baxışında” adlı onlayn yaradıcılıq müsabiqəsi, 2 nömrəli UGİM-in təşkilatçılığı ilə “Mənim ağıllı şəhərim” onlayn videoçarx müsabiqəsi təşkil olunub.
Həmçinin BŞTİ-nin dəstəyi və 3 nömrəli UGİM-in təşkilatçılığı ilə "Tikdim ki, izim qala" adlı rəsm və əl işləri müsabiqəsinə start verilib.
Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı uşaqlar və gənclər arasında milli memarlıq irsinə marağın artırılması, şəhərsalma və memarlıq sahəsində estetik zövqün, yaradıcı düşüncənin və bədii ifadə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Şagirdlərin Azərbaycanın zəngin memarlıq tarixi, klassik və müasir memarlıq nümunələri, görkəmli memarların irsi haqqında biliklərinin genişləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmaları da əsas hədəflərdəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















