“Şəhərsalma və Memarlıq İli”nə “yaşıl” töhfə
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar paytaxtın Suraxanı rayonunda “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200-dən çox ağac əkilib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində hazırkı vaxtadək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 hektar ərazidə 2200-dən çox ağac əkilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Mart 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















