Icma.az
close
up
RU
Paytaxt məktəblərindən birində toplanan 2 tona yaxın kağız təkrar emala yönləndirilib AZƏRTAC

Paytaxt məktəblərindən birində toplanan 2 tona yaxın kağız təkrar emala yönləndirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində başladılan “Green Note” layihəsinin birinci mərhələsi yekunlaşıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində məktəb şagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2 tona yaxın kağız toplanıb.

Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.

158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova layihənin məktəblilər arasında resurslara qənaət, tullantıların azaldılması və ekoloji dəyərlərin təşviqi baxımından mühüm rola malik olduğunu qeyd edib, bu təşəbbüsü təhsilin yalnız akademik biliklərlə deyil, həm də sosial məsuliyyətlə zənginləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirib.

Layihənin ideya müəllifi və rəhbəri, 11-ci sinif şagirdi Kamilə Cəfərli bildirib ki, layihə çərçivəsində toplanan 2 ton kağız tullantısı təkrar emala yönləndirilməklə onlarla ağacın kəsilməsinin qarşısı alınıb, yüz minlərlə litr su və minlərlə kilovat-saat enerjiyə qənaət edilib. “Green Note” layihəsinin dayanıqlı yaşıl gələcək üçün cəmiyyətin bütün təbəqələrinə nümunə olacağına əminlik ifadə olunub və layihənin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, “Green Note” layihəsi çərçivəsində 3 mindən çox şagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplama qutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitə zərərin minimuma endirilməsinə mühüm töhfə verilib. Layihənin uğurlu nəticələri onun gələcəkdə digər təhsil müəssisələrində də tətbiqinə zəmin yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri