Icma.az
close
up
RU
2 tona yaxın kağız təkrar emala yönləndirilib

2 tona yaxın kağız təkrar emala yönləndirilib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində başladılan “Green Note” layihəsinin birinci mərhələsi yekunlaşıb. Nazirlikdən SİA-ya bildirilib ki, layihə çərçivəsində məktəb şagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2 tona yaxın kağız toplanıb.

Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.

158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova layihənin məktəblilər arasında resurslara qənaət, tullantıların azaldılması və ekoloji dəyərlərin təşviqi baxımından mühüm rola malik olduğunu qeyd edib, bu təşəbbüsü təhsilin yalnız akademik biliklərlə deyil, həm də sosial məsuliyyətlə zənginləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirib.

Layihənin ideya müəllifi və rəhbəri, 11-ci sinif şagirdi Kamilə Cəfərli bildirib ki, layihə çərçivəsində toplanan 2 ton kağız tullantısı təkrar emala yönləndirilməklə onlarla ağacın kəsilməsinin qarşısı alınıb, yüz minlərlə litr su və minlərlə kilovat-saat enerjiyə qənaət edilib. “Green Note” layihəsinin dayanıqlı yaşıl gələcək üçün cəmiyyətin bütün təbəqələrinə nümunə olacağına əminlik ifadə olunub və layihənin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, “Green Note” layihəsi çərçivəsində 3 mindən çox şagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplama qutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitə zərərin minimuma endirilməsinə mühüm töhfə verilib. Layihənin uğurlu nəticələri onun gələcəkdə digər təhsil müəssisələrində də tətbiqinə zəmin yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see230

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see227

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see227

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see224

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see222

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see213

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see197

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see195

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see191

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see185

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see184

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see183

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see181

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see180

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see180

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see176

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see175

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri