Icma.az
close
up
RU
Paytaxt sakini atasına əlillik dərəcəsinin düzgün təyin olunmadığını iddia edir

Paytaxt sakini atasına əlillik dərəcəsinin düzgün təyin olunmadığını iddia edir

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kamil Dadaşov: “Sözdə “ağırdır” desələr də, sənəddə elə yazırlar ki, ancaq 3-cü qrup əlillik təyin olunur.”

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinin sakini Dadaşov Kamil Qabil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, atası Dadaşov Qabil Kabir oğlu ağır vəziyyətdə olsa da, ona 1-ci və ya 2-ci qrup əlillik verilmir:

“Mən, Dadaşov Kamil Qabil oğlu, yazaraq xahiş edirəm ki, müraciətimizi işıqlandırasınız.

Bildirim ki, atam Dadaşov Qabil Kabir oğlu çox ağır vəziyyətdədir. 1982-ci ildə Maştağada - 3 saylı xəstəxanada yatıb. İllərdir ağır psixotrop iynə-dərman qəbul edir.

2000-ci ildə 1-ci qrup əlillik təyin olunmuşdu.

Anam da ağır xəstədir. Hər iki valideynimin baxıma ehtiyacı var.

Atamın vəziyyəti isə olduqca ağırdır. Özünü bilmir, hüşü gedir. Bir tikə yemək yedizdirən kimi qaytarır. Hər işini özümüz görürük. Daima baxıma ehtiyacı olan xəstədir.

İyul ayında əlillik alması üçün şəhər poliklinikasında yoxlanışdan keçirdik. Belə xəstəni yoxlanışa aparmağın özü də zülmdür. Daha sonra Psixonevroloji şöbəsində yoxlanışdan keçdi. Orada da həkim qeyd etdi ki, xəstənin vəziyyəti olduqca ağırdır. Reabilitasiya mərkəzinə göndərildi. Lakin yenidən 3-cü qrup təyin etdilər.

Müayinə edən bütün həkimlər deyirlər ki, bu adama 1-ci qrup əlillik verilməlidir. Amma həkimlər qərəzli şəkildə dedikləri diaqnozu sənədə yazmırlar. Sözdə “ağırdır” desələr də, sənəddə elə yazırlar ki, ancaq 3-cü qrup əlillik təyin olunur.

Belə bir xəstəni heç kəs işə götürə bilməz. Nə yeməyini bilir, nə içməyini. Ayaq yoluna belə, özü tək gedə bilmir. Aparat sənədlərində beyninin yarısı qaralıb. Bizə qarşı haqsızlıq edilir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Dadaşov Qabil Kabir oğlu  12.03.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib: “Vətəndaşın müayinə nəticələrinə əsasən, qanunvericiliyə uyğun olaraq onun hazırki sağlamlıq vəziyyətinin üçüncü dərəcə müddətsiz əlillik təyinatına əsas verməsi barədə qərar qəbul edilib.

Qabil Dadaşov hazırda buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur”.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri