Icma.az
close
up
RU
Saatlı sakini əlillik təyinatının düzgün aparılmadığını iddia edir, amma... RƏSMİ REAKSİYA

Saatlı sakini əlillik təyinatının düzgün aparılmadığını iddia edir, amma... RƏSMİ REAKSİYA

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Saatlı rayon sakini Məmmədov Sənan Ağagül oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən narazılığını bildirir:

“Mən, Məmmədov Sənan Ağagül oğlu, iki ilə yaxındır 2-ci mərhələ 4-cü dərəcəli, bədxassəli burun-udlağı karsinoması xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bir ildir Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Son 7-8 aydır günümün 80-90%-ni yataqda keçirirəm, yeməyim-içməyim belə yatağıma qəlir.

Bir ildən çoxdur ki, burnumdan nəfəs ala bilmirəm, eşitmə qabiliyyətim də birtərəfli itib. Dözülməz baş-boyun və bədən ağrılarından əziyyət çəkirəm, gecələr yata bilmirəm. Bu səbəbdən demək olar ki, əsəblərim təmiz pozulub. Həftədə 3-4 dəfə, əsasən də gecələr burnumdan şiddətli qan açılır. Bir neçə dəfə yuxudan boğularaq ayılmışam. Buna görə də ailəm də mənimlə bir yerdə əziyyət çəkir.

Özüm ailəliyəm, 2 azyaşlı, məktəbli övladım və xəstə, yaşlı anam var. Özümüz də aztəminatlı ailəyik, ailədə heç kəs işləmir. Bu günə kimi ünvanlı sosial yardım və heç bir digər yardım almamışıq. Çünki, xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam.

Onu da bildirim ki, atam Məmmədov Ağagül Əvəz oğlu da 10 ay bundan əvvəl Bədxassəli xərçəng xəstəliyindən vəfat edib. İlk atam xəstə oldu, bütün imkanımız onun müalicələri və əməliyyatı üçün sərf olundu.

Sizə müraciətimin əsl səbəbi odur ki, xəstəliyimlə bağlı pensiya verilməsi üçün bu il fevral ayının 12-də Saatlı Rayon Mərkəzi Xəstəxanaya müraciət etdim. İki-üç gün sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçdim. Mart ayın 14-də TƏBİB sənədlərimi təsdiq edib, əlilliyin qiymətləndirilməsi və təyini üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi. Mart ayının 24-də mənə 3-cü qrup əlilliklə əlaqədar 150 manat müavinət təyin etdilər. Halbu ki, mən 20 dəqiqə ayaq üstə dura bilmirəm. Çünki dayanmadan burnumdan su qəlir, tez-tez qan açıldığına qörə də başım fırlanır, qözüm qaralır. Bunlardan dolayı adam içinə çıxa bilmirəm, nəinki gedib hər hansı bir işdə işləmək. Kaş ki, sağlamlığım yerində olaydı...
Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, yuxarıda yazdıqlarımı nəzərə alıb, xəstəliyimlə bağlı əlillik qrupumun 1-ci və yaxud 2-ci qrupa dəyişilməsinə və aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almağımızda kömək olsunlar". 

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Sənan Ağagül oğlunun əlilliyi 01.04.2025-ci il tarixdə elektron sistem üzərindən qiymətləndirilib və ona orqanizm funkdiyalarının 55% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılıb".

Onu da qeyd edək ki, nazirliyin əməkdaşları 10 gündür müraciət edən şəxslə əlaqə saxlaya bilmirlər. Heç bir telefon zənginə cavab vermir.

Jalə FAMİLQIZI

P.S. Hörmətli şikayətçi, xahiş edirik nəzərə alın, işinizlə bağlı hansısa quruma müraciət edirik, siz də məsuliyyətli olub, ən azı telefon zənglərinə cavab verin. Həm narazılıq edirsiz, həm də zənglərə cavab vermirsiniz. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri