Icma.az
close
up
RU
Paytaxtda böyük hazırlıq: iş saatları dəyişir, dərslər isə....

Paytaxtda böyük hazırlıq: iş saatları dəyişir, dərslər isə....

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Bakı və ətraf ərazilərdə nəqliyyatın sıxlığını azaltmaq üçün ənənəvi rejimin ləğvinə başlanır; “Məktəbli avtobusları” da şəhərin yükünü azaltmadı - deputat və ekspertdən anons

Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Sənədə əsasən, 2025-2026-cı illərdə bu qurumların fəaliyyəti dəyişkən iş qrafiki prinsipi ilə tənzimlənəcək. Artıq müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.

Sentyabrda dərs ilinin başlaması ilə Bakıda hər gün saatlarla davam edən tıxaclar ictimai narazılığa səbəb olur. “Məktəbli avtobusları” layihəsi hələlik pilot mərhələdə olduğundan, paytaxt küçələrində yük azalmayıb. Ekspertlər hesab edirlər ki, dəyişkən iş qrafiki bu problemin azaldılması üçün ən real addımlardan biridir.


İqtisadçı-deputat Vüqar Bayramov məsələni şərh edərkən bildirib ki, inkişaf etmiş ölkələrdə həm dövlət, həm də özəl sektorda fərqli iş saatlarının tətbiqi geniş yayılıb:

“İşə başlama və işin bitmə saatları fərqli olacaq. Artıq. Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş prinsipi saxlanılsa da, işəgötürənlərə bu saatları çevik şəkildə tənzimləmək imkanı veriləcək. Dünyada aparılan tədqiqatlar göstərir ki, belə model nəqliyyat sıxlığını azaldır, işçi məhsuldarlığını artırır və sosial gərginliyi azaldır”.

Deputat hesab edir ki, paytaxtda tıxacların azaldılması üçün iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi, xüsusilə dövlət idarələrinin və təhsil müəssisələrinin fərqli vaxtlarda fəaliyyətə başlaması daha effektiv nəticə verəcək.

Bu təcrübə artıq bir çox ölkədə özünü doğruldub. Yaponiya, Sinqapur, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Böyük Britaniya kimi ölkələrdə dövlət və özəl sektor üçün çevik iş saatları illərdir tətbiq olunur.

Yaponiya hökuməti 2020-ci il Tokio Olimpiadası ərəfəsində “Work Shift Tokyo” adlı proqram həyata keçirdi. Minlərlə şirkət iş saatlarını dəyişdi, bir hissəsi isə evdən işləməyə keçdi. Nəticədə səhər tıxacları 15-20 faiz azaldı.

Sinqapurda dövlət sektoru üçün “flexi-time” rejimi qanunvericiliklə tənzimlənir. İşçilər işə başlama saatını 7:30-10:00 arası sərbəst seçə bilirlər. Bu sistem şəhərin nəqliyyat axınında pik saatların yükünü 18 faiz azaldıb.

ABŞ-də federal hökumət orqanları uzun illərdir çevik iş rejimi ilə fəaliyyət göstərir. “Staggered hours” və “telework” (evdən iş) modelləri pandemiyadan sonra dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib.

Böyük Britaniyada Londondakı nəqliyyat sıxlığını azaltmaq üçün bəzi qurumlar 07:00-15:00 və ya 11:00-19:00 formatında növbəli sistem tətbiq edirlər. Bu, metro və avtobuslarda sərnişin axınını sabitləşdirməyə kömək edib.

Paytaxt Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri məhz işə və dərsə başlama saatlarının eyni vaxtda olmasıdır. Ekspertlər hesab edir ki, dövlət proqramının həyata keçirilməsi zamanı məktəblər, dövlət idarələri və iri şirkətlərin işə başlama vaxtları mərhələli şəkildə fərqləndirilsə, tıxaclar 25-30 faiz azala bilər.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu, dünya təcrübəsində özünü doğrultmuş bir üsuldu: “Sadəcə olaraq, həmin üsulun effektiv şəkildə həyata keçirilməsi vacibdir. Bu təcrübə dünyanın bir çox böyük şəhərlərində - Vaşinqton, Nyu-York, Seul, Moskva, London, Pekin kimi metropollarda uğurla sınaqdan keçirilib və öz təsdiqini tapıb.

Beynəlxalq səviyyədə qəbul edilmiş bir praktikadır. Sadəcə, məsələ onun Azərbaycanda necə tətbiq olunacağı ilə bağlıdır. Yəni, prinsiplər məlumdur, amma yerli şəraitə uyğunlaşdırma prosesi düzgün aparılmalıdır.

Təbii ki, hər bir sistemin həm müsbət, həm də mənfi tərəfləri olur. Bu üsulun da müəyyən çətinlikləri mümkündür, amma faydaları daha çoxdur. Əsas məqsəd şəhərdə nəqliyyat axınını tənzimləmək, xüsusilə pik saatlarda - səhər 7:00-9:00 və axşam 17:00-20:00 aralığında sıxlığı azaltmaqdır.

Əgər bütün məktəblər, dövlət idarələri, ticarət və xidmət müəssisələri eyni vaxtda fəaliyyətə başlasa, şəhərdə avtomobil axını kəskin artır. Amma bu təcrübəyə əsasən, müxtəlif qurumların iş rejimləri fərqli vaxtlarda başlayır və bitir. Beləliklə, nəqliyyat axını gün ərzində daha bərabər paylanır".

Buİqtisadçının sözlərinə görə, bu üsul tətbiq edilərkən həm dövlət, həm də özəl sektorun fəaliyyət qrafikləri bir-biri ilə uyğunlaşdırılmalıdır: “ Dövlət müəssisələri ilə yanaşı, özəl şirkətlər də bu cədvələ əməl etməlidir.

Təbii ki, belə dəyişikliklər müəyyən psixoloji və sosial uyğunlaşma dövrü tələb edir. İnsanların iş və həyat ritmi dəyişdiyi üçün ilk mərhələdə müəyyən narahatlıqlar yarana bilər. Amma zaman keçdikcə bu sistemə adaptasiya mümkündür və onun faydası aydın şəkildə hiss olunacaq.

Dünya təcrübəsində bu cür modellərə əlavə olaraq nömrə nişanına əsaslanan nəqliyyat məhdudiyyətləri də tətbiq olunur. Məsələn, bəzi ölkələrdə nömrəsinin sonu cüt rəqəmlə bitən avtomobillər ayın cüt günlərində, tək rəqəmlə bitənlər isə tək günlərdə şəhər mərkəzinə daxil ola bilir. Bu da tıxacların azaldılmasında təsirli üsuldur.

Hazırda Azərbaycanda belə bir sistem mövcud olmasa da, texniki baxımdan bu modelin tətbiqi mümkündür.

Qeyd edilən üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri