Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Paytaxtda böyük hazırlıq: iş saatları dəyişir, dərslər isə....

Paytaxtda böyük hazırlıq: iş saatları dəyişir, dərslər isə....

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Sənədə əsasən, 2025-2026-cı illərdə bu qurumların fəaliyyəti dəyişkən iş qrafiki prinsipi ilə tənzimlənəcək. Artıq müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.
Bizim.Media xəbər verir ki, sentyabrda dərs ilinin başlaması ilə Bakıda hər gün saatlarla davam edən tıxaclar ictimai narazılığa səbəb olur. “Məktəbli avtobusları” layihəsi hələlik pilot mərhələdə olduğundan, paytaxt küçələrində yük azalmayıb. Ekspertlər hesab edirlər ki, dəyişkən iş qrafiki bu problemin azaldılması üçün ən real addımlardan biridir.
İqtisadçı-deputat Vüqar Bayramov məsələni şərh edərkən bildirib ki, inkişaf etmiş ölkələrdə həm dövlət, həm də özəl sektorda fərqli iş saatlarının tətbiqi geniş yayılıb:
“İşə başlama və işin bitmə saatları fərqli olacaq. Artıq. Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş prinsipi saxlanılsa da, işəgötürənlərə bu saatları çevik şəkildə tənzimləmək imkanı veriləcək. Dünyada aparılan tədqiqatlar göstərir ki, belə model nəqliyyat sıxlığını azaldır, işçi məhsuldarlığını artırır və sosial gərginliyi azaldır”.
 

Deputat hesab edir ki, paytaxtda tıxacların azaldılması üçün iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi, xüsusilə dövlət idarələrinin və təhsil müəssisələrinin fərqli vaxtlarda fəaliyyətə başlaması daha effektiv nəticə verəcək.


Bu təcrübə artıq bir çox ölkədə özünü doğruldub. Yaponiya, Sinqapur, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Böyük Britaniya kimi ölkələrdə dövlət və özəl sektor üçün çevik iş saatları illərdir tətbiq olunur.
 

Yaponiya hökuməti 2020-ci il Tokio Olimpiadası ərəfəsində “Work Shift Tokyo” adlı proqram həyata keçirdi. Minlərlə şirkət iş saatlarını dəyişdi, bir hissəsi isə evdən işləməyə keçdi. Nəticədə səhər tıxacları 15-20 faiz azaldı.


Sinqapurda dövlət sektoru üçün “flexi-time” rejimi qanunvericiliklə tənzimlənir. İşçilər işə başlama saatını 7:30-10:00 arası sərbəst seçə bilirlər. Bu sistem şəhərin nəqliyyat axınında pik saatların yükünü 18 faiz azaldıb.
ABŞ-də federal hökumət orqanları uzun illərdir çevik iş rejimi ilə fəaliyyət göstərir.
“Staggered hours” və “telework” (evdən iş) modelləri pandemiyadan sonra dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib.
 

Böyük Britaniyada Londondakı nəqliyyat sıxlığını azaltmaq üçün bəzi qurumlar 07:00-15:00 və ya 11:00-19:00 formatında növbəli sistem tətbiq edirlər. Bu, metro və avtobuslarda sərnişin axınını sabitləşdirməyə kömək edib.


Paytaxt Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri məhz işə və dərsə başlama saatlarının eyni vaxtda olmasıdır. Ekspertlər hesab edir ki, dövlət proqramının həyata keçirilməsi zamanı məktəblər, dövlət idarələri və iri şirkətlərin işə başlama vaxtları mərhələli şəkildə fərqləndirilsə, tıxaclar 25-30 faiz azala bilər.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu, dünya təcrübəsində özünü doğrultmuş bir üsuldu:
“Sadəcə olaraq, həmin üsulun effektiv şəkildə həyata keçirilməsi vacibdir. Bu təcrübə dünyanın bir çox böyük şəhərlərində - Vaşinqton, Nyu-York, Seul, Moskva, London, Pekin kimi metropollarda uğurla sınaqdan keçirilib və öz təsdiqini tapıb.
Beynəlxalq səviyyədə qəbul edilmiş bir praktikadır. Sadəcə, məsələ onun Azərbaycanda necə tətbiq olunacağı ilə bağlıdır. Yəni, prinsiplər məlumdur, amma yerli şəraitə uyğunlaşdırma prosesi düzgün aparılmalıdır.
 

Təbii ki, hər bir sistemin həm müsbət, həm də mənfi tərəfləri olur. Bu üsulun da müəyyən çətinlikləri mümkündür, amma faydaları daha çoxdur. Əsas məqsəd şəhərdə nəqliyyat axınını tənzimləmək, xüsusilə pik saatlarda - səhər 7:00-9:00 və axşam 17:00-20:00 aralığında sıxlığı azaltmaqdır.


Əgər bütün məktəblər, dövlət idarələri, ticarət və xidmət müəssisələri eyni vaxtda fəaliyyətə başlasa, şəhərdə avtomobil axını kəskin artır. Amma bu təcrübəyə əsasən, müxtəlif qurumların iş rejimləri fərqli vaxtlarda başlayır və bitir. Beləliklə, nəqliyyat axını gün ərzində daha bərabər paylanır".
Buİqtisadçının sözlərinə görə, bu üsul tətbiq edilərkən həm dövlət, həm də özəl sektorun fəaliyyət qrafikləri bir-biri ilə uyğunlaşdırılmalıdır:
“Dövlət müəssisələri ilə yanaşı, özəl şirkətlər də bu cədvələ əməl etməlidir.
Təbii ki, belə dəyişikliklər müəyyən psixoloji və sosial uyğunlaşma dövrü tələb edir. İnsanların iş və həyat ritmi dəyişdiyi üçün ilk mərhələdə müəyyən narahatlıqlar yarana bilər. Amma zaman keçdikcə bu sistemə adaptasiya mümkündür və onun faydası aydın şəkildə hiss olunacaq.
 

Dünya təcrübəsində bu cür modellərə əlavə olaraq nömrə nişanına əsaslanan nəqliyyat məhdudiyyətləri də tətbiq olunur. Məsələn, bəzi ölkələrdə nömrəsinin sonu cüt rəqəmlə bitən avtomobillər ayın cüt günlərində, tək rəqəmlə bitənlər isə tək günlərdə şəhər mərkəzinə daxil ola bilir. Bu da tıxacların azaldılmasında təsirli üsuldur.


Hazırda Azərbaycanda belə bir sistem mövcud olmasa da, texniki baxımdan bu modelin tətbiqi mümkündür.
Qeyd edilən üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər". (musavat.com)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri