Icma.az
close
up
RU
Paytaxtda derbi, Tovuzda prinsipial oyun

Paytaxtda derbi, Tovuzda prinsipial oyun

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasında XXIX tura start veriləcək. “Sumqayıt” səfərdə “İmişli”nin qonağı olacaq, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şamaxı”nın bu turdakı rəqibi “Kəpəz” olacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Turan Tovuz” “Zirə”nin, “Sabah” isə autsayder “Karvan-Yevlax”ın müqavimətini qırmağa çalışacaq.

25 aprel
16:00 İmişli – Sumqayıt
Əvvəlki oyunlar: 0:1, 0:3 (texniki məğlubiyyətlə)

Tura Qubada start veriləcək. Son üç matçda uduzmayan “İmişli” ötən turda qələbəsizlik seriyasını qıran “Sumqayıt”ı qəbul edəcək. Hər iki komanda liqadakı yerini demək olar, qoruyub. “İmişli” son turlarda qazandığı xallarla autsayderlər zonasından uzaqlaşa bilib. Jorj Jaşkilyanın yetirmələrinin sonuncu olmayacağı dəqiqləşib. “İmişli” kompakt müdafiəsi və standart vəziyyətlərdə təhlükəli oyunu ilə fərqlənir. “Sumqayıt” bu gün Qubadan xalla dönmək üçün ilk növbədə standartlarda maksimum diqqətli oynamalıdır. Görüşdə məhsuldarlığın aşağı olması gözlənilir.

25 aprel
18:30 Qəbələ – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 2:1, 1:2
“Qəbələ” liqada qalmaq uğrunda mübarizə aparır. Autsayder “Karvan-Yevlax”ı 5 xal qabaqlayan “qırmızı-qaralar” pley-off zonasından da qurtulmağın yollarını axtarır. Ötən turda “Sumqayıt”a qarşı böyük üstünlüklə oynayan, ancaq heç cür qol vura bilməyən “Qəbələ” uğursuz sindromunu azarkeşləri önündə qırmaq niyyətindədir. Yevlax klubunun bu turda lider “Sabah”la oyunu var və “Qəbələ” qalib gələcəyi halda, yenidən sonuncu ilə xal fərqini artıra bilər.

“Araz-Naxçıvan”ın isə iddiası qalmayıb. Komanda avrokuboklara vəsiqə verən yerlərlə xal fərqini açıb. Baş məşqçi Andrey Demçenko üçün qarşıdakı turlar komandanı görmək adına daha mühüm olacaq.

26 aprel
16:00 Şamaxı – Kəpəz
Əvvəlki oyunlar: 2:0, 1:4
“Şamaxı” liqada yerini təmin edib. Ayxan Abbasovun yetirmələri “Qarabağ” və “Zirə”dən xal aldıqdan sonra ötən turda gözlənilmədən autsayder “Karvan-Yevlax”a uduzub. “Şirlər” çempionatda 4 oyundur, qələbə qazana bilmir. “Kəpəz”lə matç seriyanı qırmaq üçün önəmlidir. Liqada iddiası qalmayan “Şamaxı”nın bundan sonra həm də daha çox gənclərə üstünlük verəcəyi ehtimal edilir.

“Kəpəz” isə ardıcıl üç oyundur, uduzur. Gəncə təmsilçisi pley-off zonasından qurtulmaq üçün səfərdən qələbə ilə dönmək niyyətindədir. Klubda baş məşqçi Azər Bağırovla bağlı çıxan ayrılıq iddiaları komandaya da təsirsiz ötüşmür. Situasiyadan çıxmaq üçün qələbəyə ehtiyac və bu tur əldə ediləcək üç xalın həm turnir cədvəli, həm də komandaya xüsusi faydası olacaq.

26 aprel
19:00 Neftçi – Qarabağ
Əvvəlki oyun: 0:2
Bu mövsüm komandalar bir dəfə üz-üzə gəlib. Dövrənin 2-ci oyunu “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la matçına görə təxirə salınıb və beş gün sonra – 30 apreldə oynanılacaq. “Qarabağ”da liqada çempionluq əldən gedib, bir neçə gün əvvəl də kuboka vida oldu. Bu mövsüm Çempionlar Liqasında tarixin yazan, Premyer Liqaya isə heç cür köklənə bilməyən “Qarabağ” derbi qələbəsi ilə azarkeşlərini ruhlandırmaq niyyətindədir.

“Neftçi” üçün isə demək olar, rəqibin bu durumu fürsətdir. Komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Burdakı əsas rəqib “Zirə” bu turda “Turan Tovuz” səfərinə yollanacaq və “qartallar”ın xal itirməsi ehtimalı böyükdür. “Neftçi” bu şansdan yararlanıb, həm “Qarabağ”ı məğlub etməklə derbidə uğursuz seriyasını sonlandırmaq, həm də dördüncü yerə yüksəlmək niyyətindədir.

27 aprel
18:00 Turan Tovuz – Zirə
Əvvəlki oyunlar: 2:0, 0:0
Komandalar Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gəlib və “Zirə” finala yüksəlib. Tərəflər arasındakı ilk matçda yaşanan hakim səhvlərinin nəticəyə böyük təsiri olub. Bu səbəbdən bu turdakı görüş prinsipial alınacaq. “Turan Tovuz” yerli publika önündə rəqibinə gücünü göstərməyə çalışacaq. Həm də komandanın gümüş medallar qazanmaq şansı var. “Qarabağ”ın “Zirə”yə məğlub olması tovuzlularçün ikiqat motivasiya olacaq.

“Zirə” çempionatda dördüncü sıradadır və kubokda finalda. Rəşad Sadıqovun yetirmələri kuboku qazana bilməzsə və mövsümü dördüncü pillədə bitirsə, komanda avrokuboklara yollanacaq. İndiki məqamda “qartallar”ın şansları böyükdür. Buna görə “Zirə” hər iki fürsətdən maksimum yararlanmağa çalışacaq.

27 aprel
20:00 Sabah – Karvan-Yevlax
Əvvəlki oyunlar: 4:1, 2:0
Premyer Liqada birinci sırada qərarlaşan “Sabah” bu turda tarixinin ilk çempionluğunu rəsmiləşdirə bilər. “Qarabağ”ı 13 xal qabaqlayan “bayquşlar” “atlılar”ın “Neftçi”yə uduzacağı və özünün qələbə qazanacağı halda, sona dörd tur qalmış qızıl medalları təmin edəcək. “Sabah” kubokda da finala yüksəlib. Mövsümü iki titulla başa vurmaq arzusunda olan “Sabah”ın autsayderlə oyunda büdrəyəcəyi gözlənilmir.

“Karvan-Yevlax” son iki oyunda qazanılan qələbələrlə 11-ci pillədəki “Qəbələ” ilə fərqi 5-ə endirib. Yevlax təmsilçisinin riyazi şansları davam edir, lakin komandanın sərgiləndiyi oyun liqada qalmaq mübarizəsində güclü inam yaratmır. Ötən tur “Şamaxı”ya qarşı böyük qüvvə ilə müdafiə olunan bölgə klubu bu dəfə “Sabah”a qarşı bu taktikadan istifadə etməyə çalışacaq. Lakin “bayquşlar” bu mövsüm əla formadadır və sona az qala bolqollu və gözəl oyunla fanatlarına zövq yaşatmaq niyyətindədir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Aprel 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri