Icma.az
close
up
RU
Paytaxtda köhnə su kəməri yenilənir Bəzi ərazilərdə su olmayacaq (VİDEO)

Paytaxtda köhnə su kəməri yenilənir Bəzi ərazilərdə su olmayacaq (VİDEO)

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərinin su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yeniləmə işləri həyata keçirir.

"Unikal" xəbər verir ki, bu çərçivədə Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir. 

Sutikinti Müəssisəsinin sahə rəisi Anar Şahməmmədov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ deyilən ərazidə 1220 millimetrlik polad borunun istismara yararsız olan hissəsinin dəyişdirilməsinə başlanılıb. Həmin hissənin inşasının yaxın günlərdə yekunlaşması nəzərdə tutulur. 

Paytaxda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən bu layihə çərçivəsində bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər müşahidə oluna bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu proseslə bağlı sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər görür. 

Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri