Paytaxtda mənzillərin qiyməti artır? VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daşınmaz əmlak qiymətlərində ciddi artım müşahidə olunur.
Moderator.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə, qiymət artımları daha çox ümumi sahəsi kiçik olan mənzillərdə nəzərə çarpır.
Buna daha çox köhnə tikili binaları misal göstərmək olar.
Ekspert bildirib ki, yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalmasıdır.
Onun sözlərinə görə, hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1 500-2 500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər əsasən bir kvadratmetr üçün 2 500-4 000 manat arasında dəyişir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 03 Avqust 2026 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















