Icma.az
close
up
RU
Mənzillərin qiyməti sürətlə artır

Mənzillərin qiyməti sürətlə artır

525.az saytına istinadən Icma.az xəbər verir.

"Son illər əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. İnflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, son illərdə mənzil bazarında müşahidə olunan qiymət artımı struktur və uzunmüddətli amillərlə bağlıdır. Bu tendensiyanın qısa müddətdə kəskin şəkildə dəyişməsi gözlənilmir: "Əhalinin gəlirlərində artım olsa da, bu artım daşınmaz əmlak bazarındakı qiymət yüksəlişini tam kompensasiya etmir. Bu isə mənzil əlçatanlığının nisbətən zəiflədiyini göstərir. Gəlirlərin artması nominal göstəricidir, amma əsas məsələ real alıcılıq qabiliyyətidir. Əgər gəlirlər artsa da, mənzil qiymətləri daha sürətlə yüksəlirsə, bu zaman vətəndaşın mənzil alma gücü faktiki olaraq zəifləyir".

Ekspertlər hesab edir ki, mənzil bahalaşmasına əsas təsiredici faktorlardan biri bina inşası üçün lazım olan torpaqların məhdud olmasıdır. Torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə azalması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi qiyməti artırıb və artıracaq: "Tikinti üçün torpaq məhduddur, xüsusilə Bakı-Abşeron ərazisində torpaq qiymətləri sürətlə artır. Tikinti üçün yeni sahələr tapmaq üçün mövcud obyektlər sökülməlidir ki, bu da əlavə xərclər yaradır. Xüsusilə Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin azalması qiymətlərin artımını sürətləndirir. Bu, təklifin məhdudlaşmasına səbəb olur. Son illərdə ipoteka imkanlarının genişlənməsi ilə daha çox insan ev almaq imkanı əldə edir. Bu da tələbin artmasına və nəticə olaraq qiymətlərin yüksəlməsinə səbəb olur. Qlobal və lokal inflyasiya, tikinti materiallarının bahalaşması, enerji və kommunal xərclərin yüksəlməsi, həmçinin işçi qüvvəsinə ödənilən əməkhaqlarının artması tikinti şirkətlərinin xərclərini ciddi şəkildə artırır. Təbii ki, bu da avtomatik olaraq qiymətlərə təsir edir. Əvvəllər tikintilərdə şəhərsalma standartlarına ciddi əməl olunmurdu, binalar arasında məsafə gözlənilmirdi. İndi isə bu sahədə nəzarət güclənib və qaydalara riayət olunur. Bu da tikinti şirkətləri üçün əlavə xərc deməkdir. Nəticə etibarilə şəhərləşmə prosesi, əhalinin paytaxta axını və daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbedici qalması qiymətləri yuxarı səviyyədə saxlayır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri