Paytaxtda pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədən içəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayıb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən 1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 24 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















