Paytaxtda moped və qızıl zinət əşyası oğurlayan şəxslər saxlanıldı
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət edib.
Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov da saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Hurriyyet.az

Qızıl və pul oğurlayan şəxslər saxlanıldı
12 Fevral 2025 15:47
Paytaxtda evdən 765 manatlıq müşahidə kamerası oğurlayan şəxslər SAXLANILDI
12 Mart 2025 19:38
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb
26 Aprel 2025 15:16
Paytaxtda avtomobil və motosiklet qaçıran şəxslər saxlanılıblar
21 Mart 2025 13:11
Bu iki bacı iPhone lardan qızıl çıxarıb zinət əşyası düzəldirlər
30 İyun 2025 09:28

