Paytaxtda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, mayın 4-də paytaxtın mərkəzi hissəsində filmin bəzi epizodlarının çəkilişləri aparılacaq.
Qeyd edək ki, həmin gün keçiriləcək “Bakı Marafonu 2025” ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıılmasından istifadə edilərək filmin çəkilişlərinin səhər saat 04:00–09:45 aralığında həmin ərazilərdə aparılması nəzərdə tutulur.
Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlaşdıran “44” bədii filminin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















