Icma.az
close
up
RU
Pirallahıda Vətən müharibəsinə həsr edilən kitabın təqdimatı olub

Pirallahıda Vətən müharibəsinə həsr edilən kitabın təqdimatı olub

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pirallahıda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) son nəşri olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabı təqdim edilib.

“Report” xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan partiyası (YAP) rayon təşkilatının, Ağsaqqallar Şurasının rəhbərliyi, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir sözügedən kitabın və BŞİH tərəfindən nəşr olunan digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başlayıb. Daha sonra tədbir iştirakçılarına kitab haqqında hazırlanmış video-çarx nümayiş etdirilib.

Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bu gün təqdimatı keçirilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin gələcək nəsillərə ötürülməsi və xarici dairələrə təqdim olunması üçün mühüm bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunduğunu bildirdi. RİH başçısı bildirdi ki, Prezident İlham Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu şəxsiyyətin həyat yolu, ölkəmizin müstəqil və güclü gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, Ağsaqqallar Şurasının sədri Əli Kərimov kitabın yazılmasında əməyi keçən bütün şəxslərə təşəkkür edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı İlham Əliyev cənablarının rolunun əvəzsiz olduğunu vurğulayıblar. Çıxışçılar yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri