Icma.az
close
up
RU
Paytaxtın ictimai nəqliyyatının beynəlxalq uğuru

Paytaxtın ictimai nəqliyyatının beynəlxalq uğuru

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təmiz” və mikromobil marşrutlar sürətlə artır

Beynəlxalq Nəqliyyat Forumunun “Səmərəli şəhər nəqliyyatının təmin edilməsi üçün tələbin idarə olunması” hesabatında Bakının mikromobillik infrastrukturu və şəhər məkanının piyadalar üçün daha əlçatan və rahat şəkildə yenidən təşkili ayrıca nümunə kimi göstərilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabatda 2025-ci ildə Bakıda 15 kilometr yeni mikromobillik zolağının təşkil edildiyi və şəbəkənin uzunluğunun 60 kilometrə çatdığı qeyd olunub. Növbəti mərhələdə isə bu rəqəmin 100 kilometrə qədər artırılması nəzərdə tutulur. Eyni zamanda, şəhərdə 872 skuter və 623 velosiped üçün parklanma yeri yaradılıb.

Hesabatda icarə xidmətlərinin də sürətlə artdığı bildirilib. Qeyd olunub ki, Bakıda, təxminən, 4 min 900 skuter və 2 min 200 velosiped icarəyə verilir. 2025-ci ildə, təxminən, 405 min istifadəçi 3,74 milyon səfər edib və ümumilikdə, 10,6 milyon kilometr qət edilib. Mikromobillik şəhər mərkəzindən başlayan və ya orada bitən şəxsi nəqliyyat səfərlərinin (avtomobil, taksi və mikromobillik birlikdə götürüldükdə) 12 faizini təşkil edir. Sənəddə Azərbaycanda səkilər və piyada yolları üçün yeni dövlət standartlarının qəbul edilməsi də piyada əlçatanlığına daha ciddi yanaşmanın göstəricisi kimi qeyd olunur.

Yeni yaradılan piyada zonaları və nəzarətli giriş sistemləri

Hesabatın “Bakıda küçə məkanının yenidən bölüşdürülməsi” bölməsində bildirilib ki, 2024-cü ildən şəhərin mərkəzində avtomobil girişinin məhdudlaşdırılması və piyadalara, ictimai nəqliyyata üstünlük verilməsi sürətlənib. Bu təkcə küçələrin tam piyadalaşdırılması demək deyil, vaxta görə giriş məhdudiyyətləri, nəzarətli giriş sistemləri, dayanacaq yerlərinin başqa məqsədlərlə istifadəyə verilməsi və nəqliyyat növlərinin bir-biri ilə uzlaşdırılması kimi fərqli addımları əhatə edir.

Belə tədbirlərə misal olaraq Xaqani bağı ətrafında həftəsonları yaradılan müvəqqəti piyada zonaları, İçərişəhər və Əziz Əliyev küçəsində avtomobil girişinin məhdudlaşdırılması, turist avtobusları üçün tarixi mərkəzdən kənarda ayrıca dayanacaq nöqtələrinin təşkili göstərilib. Bununla belə, sakinlər, ərazidə işləyənlər və xidməti maşınlar üçün giriş imkanı saxlanılıb.

Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə həyata keçirilmiş dəyişikliklər də hesabata daxil edilib. Bu ərazi şəhərin ən işlək nəqliyyat qovşaqlarından biri sayılır. Avtomobil hərəkəti və parklanma məhdudlaşdırılıb, əvvəlki dayanacaq sahələri sərnişinlərin minib-düşməsi üçün nəzarətli zonalara çevrilib.

Beynəlxalq Nəqliyyat Forumu bu addımları şəhərə çıxışın asanlaşdırılması, tıxacların azaldılması və avtomobildən asılılığın aşağı salınması baxımından konkret nəticə kimi qiymətləndirib.

114 kilometr yeni avtobus zolağı və “Rəqəmsal əkiz” modeli

Qurumun hesabatında Bakıda son 4 ildə istifadəyə verilən 114 kilometr yeni avtobus zolağı prioritet hərəkət zolaqlarına dair beynəlxalq nümunələr sırasında qeyd olunub. Bildirilib ki, bu tədbir avtobus nəqliyyatının etibarlılığını və hərəkət tezliyini artırmaq, tıxacları azaltmaq və həssas yol istifadəçilərinin təhlükəsizliyini yüksəltmək məqsədi daşıyır.

Nəqliyyat layihələrinin qiymətləndirilməsi bölməsində isə Bakının “Rəqəmsal əkiz” nəqliyyat modeli qabaqcıl təcrübə kimi təqdim edilib. Vurğulanıb ki, bu model metro infrastrukturunun genişləndirilməsi də daxil olmaqla 20-dən çox nəqliyyat layihəsi üzrə alternativ həllərin qiymətləndirilib müqayisə edilməsi üçün istifadə olunub.

Ümumilikdə isə, Beynəlxalq Nəqliyyat Forumunun qeydləri Azərbaycanın şəhər nəqliyyatı sahəsində idarəetmə, maliyyələşdirmə və rəqəmsal planlaşdırma istiqamətlərində həyata keçirdiyi kompleks islahatların beynəlxalq səviyyədə tanınmasını əks etdirir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri