Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi VİDEO
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Bakı qəsəbələrinin ucuz bazarlarına digər qəsəbələrdən gələn alıcılar da var.
Pravda.az xəbər verir ki, "Xəzər Xəbər" müqayisə üçün Hövsan qəsəbəsində yerləşən bazara üz tutub.
Alıcılar deyirlər ki, cüzi fərqlə Maştağa bazarından baha olan bu bazar yenə də paytaxtın mərkəzində yerləşən bazarlardan sərfəlidir.
Şəhərin mərkəzində isə bəzi məhsullarda qiymət fərqi çox, bəzilərində isə azdır. Əsas fərq isə ondan ibarətdir ki, paytaxtda metro stansiyaları yaxınlığında və mərkəzi ərazilərində qiymət eyni deyil.
Məsələn, bir ərazidə 5 manata olan məhsul başqa yerdə 10 manata satılır. Qiymət fərqi isə məhsulun alışından, məkanın icarə haqqından, satılan məhsulun keyfiyyətindən asılıdır.
Ətraflı süjetdə:


