Icma.az
close
up
RU
Tanınmış çay markasında boya aşkarlandı

Tanınmış çay markasında boya aşkarlandı

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulun Küçükçekmece rayonunda fəaliyyət göstərən KALE İstehlak Malları və Qida Sənayesi Ticarət Limited Şirkətinə məxsus "Şirin Çay" markalı qara çayda təhlükəli tərkib aşkarlanıb.

News24.az xəbər verir ki , Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin apardığı laboratoriya analizləri nəticəsində məlum olub ki, məhsulun 003 partiya nömrəli nümunəsində qadağan olunmuş qida boyası istifadə edilib.

Rəsmi açıqlamaya görə, 1 iyul 2025-ci il tarixində aparılan yoxlamalarda aşkarlanan boyaq maddəsi çay kimi təbii məhsullarda istifadəsi qəti şəkildə qadağandır. Mütəxəssislər bildiriblər ki, bu cür maddələr uzunmüddətli istifadədə qaraciyər, böyrək kimi həyati orqanlara zərər vura bilər, hətta bəzi hallarda kanserogen təsirə malik ola bilər.

Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edirlər ki, məhsulun rəngini və görünüşünü yaxşılaşdırmaq məqsədilə istifadə olunan bu cür boyalar istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çayın təbii xüsusiyyətlərini dəyişdirmək, həm keyfiyyət, həm də təhlükəsizlik baxımından risklidir.

Nazirlik və digər aidiyyəti qurumlar "Şirin Çay" markalı və 003 partiya nömrəli məhsulu alanlara müraciət edərək bildiriblər ki, həmin çay istehlak edilməməlidir. Vətəndaşlara məhsulu məhv etmələri və ya müvafiq orqanlara məlumat vermələri tövsiyə olunub.

Qeyd edək ki, aşkar edilmiş pozuntu ilə bağlı inzibati tədbirlərə başlanılıb. Nazirlik gələcəkdə bu cür halların qarşısını almaq üçün nəzarət və yoxlamaların gücləndiriləcəyini açıqlayıb.(milli.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri