Icma.az
close
up
RU
Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR?

Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakının mərkəzi prospektlərindən olan 8 Noyabr prospektində velosiped yollarının və səkilərin xüsusi işıqlandırma ilə təchiz edilməsi ictimaiyyətin diqqətini cəlb edib.

Oxu.Az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və vətəndaşlar bu təşəbbüsü alqışlayıblar.

Bu layihənin hansı qurumun təşəbbüsü əsasında həyata keçirilməsi ilə yanaşı, bu cür işıqlandırmanın bütün velosiped yollarını əhatə edəcəyi, yoxsa ancaq 8 Noyabr prospekti üçün nəzərdə tutulduğu sualları da meydana çıxıb.

Cavab tapmağa çalışdıq.

Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva Oxu.Az-a açıqlamasında layihənin təmsil etdiyi qurum tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, bunun üçün təmsil etdiyi quruma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) müraciət edib.

"COP tədbiri zamanı velosiped yollarının salınması ilə bağlı sifariş verilmişdi. O yolların işıqlandırılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən tapşırıq idi, çünki layihə onların idi. Layihənin icrası üçün AAYDA-ya müraciət olunmuşdu. Onlar da öz növbələrində, hansı nümunə əsasında sifariş yerinə yetirilsin deyə, Bakı Abadlıq Xidmətinə müraciət etmişdi ki, anbarlarda nə var, işıqlandırma ilə bağlı nə təklif edə bilərik?

Bakı Abadlıq Xidməti olaraq biz də, nümunə olaraq, 8 Noyabr prospektində bir neçə belə işıq dirəyi quraşdırdıq. İndiyə qədər də o iş nümunə və təklif olaraq qalır.

Bundan sonra bu işlər davam edəcəkmi, etməyəcəkmi, bu, artıq AYNA-ya veriləcək sualdır. Çünki layihə onlarındır. Əgər bu nümunələr əsasında davam ediləcəksə, ya AAYDA-ya, ya hansısa bir şirkətə, ya da Bakı Abadlıq Xidmətinə, o nümunəni davam etdirin, deyiləcək. Amma hələlik, bizdə bu layihənin davam edib etməyəcəyi ilə bağlı hər hansı məlumat yoxdur", - deyə L.Əliyeva bildirib.

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, AYNA-nın sifarişi əsasında ərazidə velosiped yollarının və səkilərin salınması işləri həyata keçirilib.

"8 Noyabr prospektində biz üzərimizə düşən işi icra etmişik. İşıqlandırılma məsələsi bizim layihəmiz deyil və bizim quruma bir aidiyyəti yoxdur", - deyə A.Nəcəfli bildirib.

AYNA-dan isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, digər yerlərdən fərqli olaraq, 8 Noyabr prospektində salınan velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsindən ayrılıb.

"Buna görə də buradakı velosiped zolaqları ayrıca işıqlandırılıb. Oxşar layihələrdə də ehtiyac yaranarsa, bu cür yanaşma tətbiq oluna bilər.

Bakı şəhərində mikromobillik zolaqlarının əksəriyyəti yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulan hərəkət hissəsində təşkil olunub. Bu halda velosiped zolaqlarının ayrıca işıqlandırılmasına ehtiyac qalmır", - deyə açıqlamada vurğulanıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri