Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 km-lik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped zolağı ilə birləşdiriləcək.
Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 May 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















